İsveçli xristian xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Mьəllif: admin1
Tarix: 1-07-2018, 10:02
İsveçli xristian xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
İsveçli xristian xanım Məşhəddəki İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul edib.

Deyerler.org Astan News-a istinadən xəbər verir ki, Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri qurumu belə bir açıqlama ilə çıxış edib. Qurumun sədri Seyyid Məhəmməd Cavad Haşiminejat isveçli xanımın İslam dinini qəbul etməsi mərasimində çıxış edərək, düşmənlərin dünya miqyasında İslama qarşı təbliğatlarına toxunub:

“İslam millətləri maarifləndirmə və doğru yola yönəltmə dinidir. Düşmənlərin İslam ilə mübarizə və islamofobiya istiqamətindəki bütün səylərinə baxmayaraq, bu dinin hər zaman müzəffər olduğunu və bu qara PR-ın nəticəsiz olduğuna şahidlik edirik”.

İmperializm cəbhəsi İslam ilə bağlı xalqın beynində mənfi rəy formalaşdırmasına baxmayaraq, xalqların İslam dini ilə bağlı həqiqətləri öyrənməyə qarşı meyli, Avropada İslam dini ilə bağlı araştırmlar və İslamı qəbul etmə meylinin artmasına səbəb olmuşdur.

İmam Rzanın (ə) hərəmində müsəlman olanların bir çoxu Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri qurumu ilə münasibətlərini qoruyaraq, bu mərkəzdən İslam dini ilə bağlı mədəni məhsullar tələb edirlər və sizin də İslamı qəbul edən digər əcnəbilər kimi, daha çox araşdırmalar apararaq, öz cəmiyyətinizdə İslam dininin elçisi olmağınızı arzu edirik”.

Müsəlman olmasından sonra Fatimeyi Zəhra adını seçən isveçli xanım, müsəlman olmasına iranlı bir ailə ilə tanış olmasının səbəb olduğunu deyib: “Digər dinlərə nisbətən İslam dininin mükəmməl olması mənim müsəlman olmağımın əsl səbəbidir. Quran və İslam kitablarını oxuduqdan sonra, İslam dini və cəfəri fiqh elmini ən mükəmməl məzhəb kimi qəbul etdim”.

Bu mərasimin sonunda Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri qurumu tərəfindən yeni müsəlman olan isveçli qadına bir cild Quran və bəzi digər mədəni hədiyyələr verilib.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031