İmam Rzanın (ə) ziyarətgahında 15 xristian İslamı qəbul etdi
Mьəllif: admin1
Tarix: 21-06-2016, 09:49
Bцlmə: Xəbərlər
İmam Rzanın (ə) ziyarətgahında 15 xristian İslamı qəbul etdi
İslamazeri.az "SəhərTV"yə istinadən xəbər verirki, İmam Rzanın(ə) müqəddəs ziyarətgahının xarici zəvvarlar üzrə məsul şəxsi Cavad Haşiminejad İRNA-ya bildirib ki, cari günəş ilinin ilk rübundə İmam Rzanın(ə) ziyarətgahında 6 fərqli ölkədən cəmi 15 xristian İslam dinini qəbul edərək şiə məzhəbini seçiblər; onların 9-u qadın 6-sı usə kişi olub. Yenicə İslam dinini qəbul edənlər Almaniya, Portuqaliya, İsveç, Tailand, Livan, İtaliya və Efiopiya ölkələrindən Məşhədə gəliblər.


İmam Rzanın(ə) müqəddəs ziyarətgahının xarici zəvvarları üzrə məsul şəxsi yenicə müsəlman olanların yaşlarının 25-50 arasında olduğunu bildirərək, onların əksəriyyətinin İsveç vətəndaşı olduğunu qeyd edib. Haşiminejadın sözlərinə görə, yenicə müsəlman olanlar geniş mütaliələrdən sonra müsəlman olmaq qərarını veriblər.

Haşiminejad başqa ölkələrin vətəndaşlarının xüsusilə mübarək Ramazan ayında şiə məzhəbinə meyl göstərmələrinin İslamın təsir gücünün son dərəcə dərin olmasının göstəricisi hesab edib.

"Bu zəvvarlara İmam Rzanın(ə) müqəddəs ziyarətgahında Qurani-Kərimin təfsiri, əxlaqiyyat mövzusunda çıxışlar, ictimai, tarixi, təlim və inanc mövzularında proqramlar təşikil olunur.", - deyə Cavad Haşiminejad əlavə edib.

Qeyd edək ki, hər il İmam Rzanın(ə) pak ziyarətgahı İrandan və İrandan kənar olan 27 milyon insan tərəfindən ziyarət edilir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930