NƏŞR OLUNAN DİNİ KİTABLARIN TƏQDIMATI KEÇİRİLİB (Foto)
Müəllif: Admin
Tarix: 13-03-2018, 15:32
Bölmə: Xəbərlər
NƏŞR OLUNAN DİNİ KİTABLARIN TƏQDIMATI KEÇİRİLİB (Foto)
Ahlibeyt.ge xəbər verir ki, Dünən Gürcüstan Müsəlmanları İdarəsinin tərəfindən son illərdə nəşr olunan dini kitabların təqdimatı keçirilib.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Müctəba Kamranifərd, Beynəlxalq Əl-Mustafa Universitetinin nümayəndəsi Hacı Davud Zare, ictimaiyyət və din xadiməri iştirak ediblər.

Quranın tilavətindən sonra tədbiri giriş sözülə açan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi son dörd ildə çap olunan kitablar haqqında statistik məlumat verdi.

O, Bu günə qədər Azərbaycanca 50-dən çox kitabın yüz minə yaxın tirajla, onlarla poster, praşur və infoqrafiklərin, təqvim və jurnalların ümumilikdə 300000-dən çox nüsxədə çap olunduğunu bildirdi. Qurani-kərimin Azərbaycan dilində iki tərcüməsinin 5000 nüsxədə çap edildiyini də qeyd etdi.

Kitabların çap olunması sahəsində əməkdaşlıq edən “Parlaq imzalar” nəşriyyatına, müəyyən kitabların iri tirajlı çapına müəyyən dəstək göstərən və Dini İdarə ilə əməkdaşlıq edən İİR-nın Gürcüstandakı Mədəniyyət Mərkəzinə və “Əl-Mustafa” adına Elm Mərkəzinə minnətdarlığını bildirib.

Sonra həmin təşkilatların sədriləri Müctəba və Davud cənabları və sonda isə Marneulinin Baş axundu və İmam Rza (ə) adına mədrəsənin müdiri Hacı Əziz Nəbiyev çıxış edərək nəşr olunan kitablar haqqında öz fikirlərini bildiriblər.

Qonaqlar kitabların nəşri və sağlam dinimizin təbliğ və təlimi sahəsində fəaliyyət göstərən Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib, kitab oxumanın dəyəri və faydaları haqqında danışıblar.

Sonda din xadimlərinə kitab və infoqrafiklər hədiyyə olunub.

NƏŞR OLUNAN DİNİ KİTABLARIN TƏQDIMATI KEÇİRİLİB (Foto)
NƏŞR OLUNAN DİNİ KİTABLARIN TƏQDIMATI KEÇİRİLİB (Foto)

NƏŞR OLUNAN DİNİ KİTABLARIN TƏQDIMATI KEÇİRİLİB (Foto)
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31