“SEYİDLİK MƏQAMI VƏ GÜRCÜSTAN SEYİDLƏRİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ (Foto)
Mьəllif: admin1
Tarix: 5-11-2017, 22:50
“SEYİDLİK MƏQAMI VƏ GÜRCÜSTAN SEYİDLƏRİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Tbilisidə yerləşən Alul-beyt Dini Mədəniyyət Mərkəzində Gürcüstan Müsəlmanları İdarəsi və Gürcüstan Azərbaycanlıarı Ağsaqqal Şurasının birgə təşkilatçılığı ilə “Seyidlik məqamı və Gürcüstan seyidləri” mövzusunda konfrans təşkil olundu.

Gürcüstanda yaşayan seyid övladlarının, ağsaqqalların, din və ictimaiyyət xadimlərinin iştirakı ilə keçirilən konfransda şərəfli nəslin övladları olan seyidliyin məqamı və məsuliyyəti, “Haşimi” və “Ələvi” seyidliyi və Gürcüstan seyidləri haqqında və eyni zamanda son zamanlar rəhmətə gedən Seyid Yəhya və Seyid Cəfər Ağa haqqında çıxışlar edildi.

Qurani-Kərimin tilavəti ilə başlayan Konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Gürcüstan Azərbaycanlıarının Ağsaqqal Şurasının sədri Hacı İsak Novruzov, Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Davud Zarii, şairə xanım Səadət Buta, yeni rəhmətə gedən Seyid Yəhya və Seyid Cəfər ağanın oğullarından Seyid Nurağa və Seyid Gülağa və başqaları çıxış etdilər.

Sonda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Gürcüstanda yaşamış və yaşayan seyidlər haqqında yeni ildə kitabın çap olunacağı haqqında məlumat verib bu sahədə materialların toplanması üçün seyid övladlarından məlumatların və şəkillərinin çatdırılması haqqında yardım istədi. Onlara seyidlərin tərcümeyi halını əhatə edən məlumat anketləri və Qurani Kərim təqdim etdi.

Konfransın sonunda çap olunması nəzərdə tutulan kitab haqqında fikirlər söylənildi, təkliflər dinlənildi. Sonda dünyasını dəyişmiş seyidlərin ruhuna Quran oxundu, dualar edildi və ehsan süfrəsi təşkil olundu.

“SEYİDLİK MƏQAMI VƏ GÜRCÜSTAN SEYİDLƏRİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ (Foto)
“SEYİDLİK MƏQAMI VƏ GÜRCÜSTAN SEYİDLƏRİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ (Foto)
“SEYİDLİK MƏQAMI VƏ GÜRCÜSTAN SEYİDLƏRİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ (Foto)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930