İRANLI DİN ALİMLƏRİ BGMİNİN BATUMİ OFİSİNDƏ OLDULAR
Mьəllif: admin1
Tarix: 23-04-2017, 12:54
İRANLI DİN ALİMLƏRİ BGMİNİN BATUMİ OFİSİNDƏ OLDULAR
Ahlibeyt.ge xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin dəvəti ilə Batumidə konfransa qatılan tanınmış din alimi Höccətül-İslam vəl-muslimin Məhəmməd Baqir Saivər və Beynəlxalq Al-Mustafa Universitetinin Gürcüstandakı nümayəndəsi Davud Zarii ötən gün BGMİnin Batumi rəsmi ofisində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Qərbi Gürcüstan müftisi Hacı Beqalar Kamaşidze və digər ruhanilərlə görüşdülər.

Öncə dəvətə və səmimi qarşılanmaya görə təşəkkür edən qonaqlar Gürcüstan müsəlmanlarının vəziyyəti, İdarənin son illərdə gördüyü işlər və gələcək fəaliyyət proqramları haqda tanış oldular. Qonaqlar Gürcüstanda bir İdarədə iki qardaş məzhəbin bir arada vəhdət təşkil edərək birgə fəaliyyətlərini yüksək qiymətləndirdilər. Görüşdən razılıqlarını bildirən tanınmış dini şəxsiyyətlər din rəhbərlərinə müqəddəs fəaliyyətlərində uğurlar dilədilər.

İRANLI DİN ALİMLƏRİ BGMİNİN BATUMİ OFİSİNDƏ OLDULAR
İRANLI DİN ALİMLƏRİ BGMİNİN BATUMİ OFİSİNDƏ OLDULAR

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930