Ayətullah Şəbistəri BGMİ-nin şeyxi, müftisi və Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri ilə görüşdü (Foto)
Mьəllif: admin1
Tarix: 15-09-2017, 16:57
Ayətullah Şəbistəri BGMİ-nin şeyxi, müftisi və Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri ilə görüşdü (Foto)
Bu gün Beynəlxalq "Əhli-beyt (ə)" Assambleyasının Ali Şurasının sədri, Təbrizin keçmiş İmam Cüməsi Ayətullah Möhsin Müctəhid Şəbistəri nümayəndə heyəti ilə birgə günün birinci yarısında Tbilisi Cümə məscidində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müfti Hacı Yasin Əliyevlə görüşmüşlər.

Görüş zamanı Hacı Ramin qonaqlara Gürcüstanda yaşayan müsəlmanlar və onların dini vəziyyəti haqqında ətraflı məlumat verib. Gürcüstan Müsəlmanları İdarəsinin amal, məqsəd, struktur və strategiya proqramı haqda danışıb. Görülən işlərdən nümunələr göstərərək BGMİ-nin fəliyyəti ilə onları tanış edibdir.

Görüşdən məmnun qalan Ayətullah Şəbistəri Gürcüstan Müsəlmanları İdarəsinə və ölkədə xidmət göstərən ruhanilərə müqəddəs işlərində uğurlar diləyib.

Sonra qonaqlar BGMİ-nin şeyxi və müftisi ilə birgə nazirlər kabinetində Dini Məsələlər üzrə Dövlət Agentliyində (DMDA) oldular. Qonaqları dini dövlət qurumunun rəhbəri Zaza Vaşakmadze və əməkdaşları qarşıladı. DMDA-nın sədri dini şəxsiyyətlərə ölkə müsəlmanlarının say, tərkib və vəziyyəti haqda, dövlətin müsəlmanlara diqqət və qayğısının və hətta maddi dəstəyinin artması haqda söz açaraq Gürcüstanın tolerantlıq sahəsində dünyaya örnək bir dövlət olduğunu söylədi.

Qonaqlar səmimi görüşdən və xoş qarşılanmadan məmnun qaldıqlarını ifadə edərək Gürcüstan dövlətinə minntədarlıqlarını bildirdilər. Din və dövlət münasibətlərində qarşılıqlı sayqının olmasının və problemlərin danşıqlar yolu ilə həllinin vacibliyindən söz açaraq Gürcüstandakı dini idarə ilə əməkdaşlığa hazır olduqlarını bildirdilər.

Görüşün sonunda xatirə fotoları çəkdirdilər.

Ayətullah Şəbistəri BGMİ-nin şeyxi, müftisi və Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri ilə görüşdü (Foto)
Ayətullah Şəbistəri BGMİ-nin şeyxi, müftisi və Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri ilə görüşdü (Foto)
Ayətullah Şəbistəri BGMİ-nin şeyxi, müftisi və Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri ilə görüşdü (Foto)
Ayətullah Şəbistəri BGMİ-nin şeyxi, müftisi və Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri ilə görüşdü (Foto)
Ayətullah Şəbistəri BGMİ-nin şeyxi, müftisi və Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri ilə görüşdü (Foto)
Ayətullah Şəbistəri BGMİ-nin şeyxi, müftisi və Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri ilə görüşdü (Foto)
Ayətullah Şəbistəri BGMİ-nin şeyxi, müftisi və Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri ilə görüşdü (Foto)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930