QARDABANİ ŞƏHƏRİNDƏ İMAM ƏLİNİN (Ə) MÜBARƏK TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR (FOTO)
Mьəllif: admin1
Tarix: 12-04-2017, 09:48
QARDABANİ ŞƏHƏRİNDƏ İMAM ƏLİNİN (Ə) MÜBARƏK TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR (FOTO)
Ahlibeyt.ge xəbər verir ki, İmamlar atası, İslam dünyasının nüfuzlu rəhbəri və alimi, Allahın yer üzərindəki vəlisi, Peyğəmbərin vəsisi Hz. Əlinin (ə) ad günü münasibəti ilə Gürcüstanın bir çox yerlərində olduğu kimi ötən gün Qardabani şəhərində də qeyd olundu.

Tədbir Gürcüstan Müsəlmanları İdarəsinin və yerli dini təşkilatların təşəbbüsü ilə yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirdə elm və ictimaiyyət xadimləri və regionlardan dəvət olunan din xadimləri və inanclı müsəlmanlar iştirak etdi.

Tədbirin aparıcısı Pərviz Abdullayev, Hacı Anar Bayramovun Quran tilavətindən sonra təbrik üçün sözü Hacı Namiq Hüseynova verdi. Sonra səhnəyə dəvət edilən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik etdikdən sonra Danışan (Natiqi) Quran və eyni zamanda Yaşayan canlı Quran olan Hz. Əlinin (ə) fəzilətlərindən və yüksək insani keyfiyyətləri haqda danışdı.

Hz. Əlini (ə) sevib özünü onun ardıcılı hesab edən müsəlmanların ondan örnək almalarını, həyatları boyunca danışıq və davranışlarında Peyğəmbər (s) və pak Əhlibeytinin (ə) yolunu getmələrinin qurtuluş və səadəti üçün önəmli olduğunu bildirdi.

Sonra Almaniyada İmam Əli (ə) adına İslam Mərkəzinin sədri və Dusseldorf şəhərinin İmam Cüməsi Məhəmməd Mücahidi və Al-mustafa Elm Mərkəzinin sədri Davud Zarii mərasim iştirakçılarını təbrik edərək, çıxışlarında Həzrətin həyatından örnəklər söyləyib İmam Əlinin (ə) tarixdə əvəzsiz şəxsiyyət olduğuna və xidmətlərinə işarə etdilər.

Mərasimin xətibi Türkiyə Cəfərilərinin dini lideri Şeyx Səlahəddin Özgündüz Hz. İmam Əlinin (ə) elm və şücaətindən tarixi sitatlar gətirib Həzrətin yüksək insani keyfiyyətlərindən, misilsiz örnək xüsusiyyətləri haqda mərasim iştirakçılarını məlumatlandırdı.

Mərasim gənc Gürcüstanlı məddah Səid Həsənin Hz. Əlinin (ə) şəninə oxuduğu şeir və ilahilərlə davam etdi. Sonda qonaqlar bayram süfrəsinə dəvət olundular.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930