Marneuli şəhərində Həzrət İmam Əlinin (ə) doğum günü münasibəti ilə bayram tədbiri keçirildi (Foto)
Mьəllif: admin1
Tarix: 26-04-2016, 09:03
Marneuli şəhərində Həzrət İmam Əlinin (ə) doğum günü münasibəti ilə bayram tədbiri keçirildi (Foto)
Ahlibeyt.ge xəbər verir ki ötən gün, Marneuli şəhərində Həzrət İmam Əlinin (ə) bu həftəyə təsadüf edən mübarək doğum günü münasibəti ilə bayram tədbiri keçirildi.
Allahın yer üzərindəki vəlisi, Peyğəmbərin (s) vəsisi və möminlərin əmiri Hz. İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə Rəcəb ayının 13-dən (21 apreldən) etibarən Gürcüstanın bir çox yerlərində olduğu kimi bu gün müsəlmanların kompakt yaşadığı Marneuli şəhərində də təmtəraqla qeyd olundu.
Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olunan tədbirdə şəhərin din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri, müsəlman ölkələrinin səfirliyindən gələn nümayəndələr və regionlardan dəvət olunan din xadimləri və dindarlar iştirak etdi.
Şirniyyat süfrəsi ətrafında iki hissədən ibarət təşkil olunan tədbiri Rza Qasımov Quran tilavəti ilə başladı. Tədbirin aparıcısı Vidadi Qurbanov çıxış üçün ilk öncə sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verdi. O, mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik etdikdən sonra Hz. Əlinin (ə) İslamın meyar simvolu ola biləcəyindən söz açdı. Qeyd etdi ki: “Hz. Əli (ə) elə bir şəxsiyyətdir ki, Onun fəzilət və məqamı məzhəbindən aslı olmayaraq bütün müsəlmanlar tərəfindən qəbul olunub və eyni zamanda hər iki məzhəb onu “imam” və ya “xəlifə” kimi qəbul etməklə onun öndərliyini və rəhbərliyini təsdiqləmiş olub. Ona görə də şübhəsiz Peyğəmbərdən (s) sonra bu şəxsiyyətin İslam ümməti tərəfindən ideal və örnək şəxsiyyət olaraq tanıtdırılması müsəlmanların birliyinə gətirib çıxaracaqdır”.
Sonra BGMİnin Qərbi Gürcüstan üzrə müftisi Hacı Beqlar Kamaşidze, şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Əli Əliyev və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze mərasim iştirakçılarını təbrik edərək, çıxışlarına Həzrətin həyatından örnəklər söyləyib İmam Əlinin (ə) tarixdə əvəzsiz şəxsiyyət olduğunu qeyd etdilər.
Tədbirin rəsmi hissəsinin sonunda Ali Dini Rəhbər Ayətullah Seyyid Əli Xameneinin nümayəndəsi Seyyid Əli Əkbər Ocaq Necat Hz. Əlinin (ə) dövlət rəhbərlərinə sifarişlərini və insani keyfiyyətləri yüksəldən örnək xüsusiyyətlərini önə çəkərək bir neçə nəsihət və hikmətlərini ətraflı geniş şəkildə bəyan etdi.
Tədbirin qeyri rəsmi hissəsində Əhlibeyt məddahı Cəfər İmani Nejad və Vasif Vəsfinurun Hz. Əlinin (ə) şəninə oxuduqları şeir, qəsidə və ilahilərlə davam etdi.


Marneuli şəhərində Həzrət İmam Əlinin (ə) doğum günü münasibəti ilə bayram tədbiri keçirildi (Foto)
Marneuli şəhərində Həzrət İmam Əlinin (ə) doğum günü münasibəti ilə bayram tədbiri keçirildi (Foto)
Marneuli şəhərində Həzrət İmam Əlinin (ə) doğum günü münasibəti ilə bayram tədbiri keçirildi (Foto)
Marneuli şəhərində Həzrət İmam Əlinin (ə) doğum günü münasibəti ilə bayram tədbiri keçirildi (Foto)
Marneuli şəhərində Həzrət İmam Əlinin (ə) doğum günü münasibəti ilə bayram tədbiri keçirildi (Foto)
Marneuli şəhərində Həzrət İmam Əlinin (ə) doğum günü münasibəti ilə bayram tədbiri keçirildi (Foto)
Marneuli şəhərində Həzrət İmam Əlinin (ə) doğum günü münasibəti ilə bayram tədbiri keçirildi (Foto)
Marneuli şəhərində Həzrət İmam Əlinin (ə) doğum günü münasibəti ilə bayram tədbiri keçirildi (Foto)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930