GÜRCÜSTANDA HƏZRƏT İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜD MƏRASİMİ (FOTO-VİDEO)
Mьəllif: admin1
Tarix: 11-04-2017, 10:56
GÜRCÜSTANDA HƏZRƏT İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜD MƏRASİMİ (FOTO-VİDEO)

Ahlibeyt.ge xəbər verir ki, ötən gün, Allahın vəlisi, Peyğəmbərin (s) vəsisi və möminlərin əmiri Hz. İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə Marneuli şəhərinin Mədəniyyət evində mərasim keçirildi.

Gürcüstan Müsəlmanları İdarəsinin və yerli dini təşkilatların təşkilatçılığı ilə təşkil olunan tədbirdə şəhərin din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri və ətraf kəndlərdən dəvət olunan din xadimləri və dindarlar iştirak etdi.

Bayram mərasimi Vidadi Qurbanovun Quran tilavəti ilə başlandıqdan sonra tədbirin aparıcısı Məşədi Azər Məmmədov öncə təbrik və qonaqları salamlamaq üçün sözü Marneulinin Baş Axundu Hacı Əziz Nəbiyevə verdi. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik etdikdən sonra danışan Qurandan əlavə canlı yaşayan Quran hesab olunan İmam Əlinin (ə) fəzilətlərindən və məqamından söz açdı. Onun və pak Əhli-beytinin (ə) məzhəblərarası vəhdət və həmrəylik mehvəri olmasını vurğuladı.

Sonra Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev, millət vəkili Ruslan Hacıyev, Almaniyada İmam Əli (ə) adına İslam Mərkəzinin sədri və İmam Cümə Məhəmməd Mücahidi mərasim iştirakçılarını təbrik edərək, çıxışlarında Həzrətin həyatından örnəklər söyləyib İmam Əlinin (ə) tarixdə əvəzsiz şəxsiyyət olduğunu qeyd etdilər.

Tədbirin əsas xətibi Türkiyə Cəfərilərinin dini lideri Şeyx Səlahəddin Özgündüz Hz. İmam Əlinin (ə) həyatı və davranışlarından tarixi nümunələr söyləyib Onun yüksək insani keyfiyyətlərindən, misilsiz örnək xüsusiyyətlərindən geniş söhbət etdi.

Mərasimdə çıxışlar arasında Səid Həsən və sonda isə Seyyid Rəhmanın ifasında Hz. Əli (ə) haqqında şeir, ilahi və qəsidələr söyləndi. Mərasim İmam Zaman (ə) duası ilə yekunlaşdıqdan sonra iştirakşılara bayram şirniyyatları təqdim olundu.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031