İmam Əlini (ə) sevən şəxs, Müaviyyənin (lən) valisini işdən bu cür azad etdirdi
![]() Müaviyyə soruşur: “Sən o kəs deyilmisən ki, qardaşlarını Siffeyn döyüşündə mənə qarşı təhrik edirdin? Bura nə üçün gəlmisən?”. Sudə deyir: “Sənin təyin etdiyin vali bizə zülm edir. Xalqın haqqına riayət etmir. Onu vəzifədən al, yoxsa sənə qarşı qiyam edəcəyik”. Müaviyyə deyir: Məni qiyamla qorxudursan? İstəyirsən səni dəhşətli halda hakimin yanına göndərim”. Bu zaman Sudə, İmam Əlini (ə) mədh edən şeir deməyə başlayır. Müaviyyə soruşur: “Bu şeiri kimin üçün yazmısan?”. Sudə deyir: “İmam Əlinin (ə) barəsində”. Müaviyyə: “Onda nə görmüsən ki, bu qədər mədh edirsən?”. Sudə: “Bir gün onun xidmətinə getmişdim. Namaz qılırdı və namazını bitirəndən sonra mənim istəyimlə maraqlandı və mən də valinin bizə zülm etdiyindən ona xəbər verdim. Üzünü qibləyə çevirdi və buyurdu: “Allahım! Mən onlara sənin xəlqinə zülm etməyi əmr etməmişəm”. Sonra hakimə məktub yazdı və mənə verdi. Həmin məktubda yazılmışdı: “O zaman ki, bu məktubu oxuyursan, bizim səninlə rabitəmizi qoru, o zamana qədər ki, bir nəfər sənin yanına gələcək və onları səndən təhvil alacaqdır””. Sudənin bu sözləri Müaviyyəyə təsir etdi və o, əmr etdi ki, valini işdən azad etsinlər. /Deyerler.org/ Oxşar xəbərlər
|