İmam Əli (ə) ilə müxalif olan toplum, cümə axşamı günü cümə namazı qılan idi
Mьəllif: admin1
Tarix: 28-06-2022, 10:40
İmam Əli (ə) ilə müxalif olan toplum, cümə axşamı günü cümə namazı qılan idi
Əli ibni Hüseyn Məsudi "Murucul-zəhəb” kitabında yazır: "Kufə əhlindən olan bir kişi Siffeyndən qayıdan zaman Dəməşqdə bir dəvəyə minir.

Şamdan olan bir nəfər ona deyir: "Bu dəvə və balası mənimdir”.

Dava etməyə başlayırlar. Hər ikisi Müaviyyənin (lən) yanına gedir.

O kişi özü ilə 50 şahid gətirir ki, bu dişi dəvə və balası mənim malımdır. Müaviyyə (lən) də əmr dir ki, dəvəni sahibinə qaytarsınlar.

İraqlı kişi deyir: "Allah xeyrini versin, bu dəvə dişi deyildir, erkəkdir!”.

Müaviyyə (lən) deyir: "Hökmü vermişəm, artıq geriyə yol yoxdur”.

İnsanlar dağılandan sonra Müaviyyə iraqlı kişi yanına çağırır və dəvənin qiymətindən artıq ona pul verir.

Ona deyir: "Əli (ə) üçün xəbər apar ki, mənim onunla vuruşmaq üçün yüz min nəfərim vardır”.

Məsudi bu macəranı nəql etdikdən sonra deyir: "İnsanların itaəti və Müaviyyənin (lən) bu avamlara təsiri o həddə idi ki, Siffeyn döyüşünə gedəndə cümə axşamı günü cümə namazını qılmışdı və insanlar da ona iqtida etmişdilər”.

Allah Təala ümməti bu qorxunc fitnələrdən Özü amanda saxlasın.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930