Müaviyyəyə (lən) rədd cavabı verən sadiq qadın
Mьəllif: admin1
Tarix: 31-10-2017, 19:45
Müaviyyəyə (lən) rədd cavabı verən sadiq qadın
Bir gün Müaviyyə (lən) Dəməşqdə olan sarayında əyləşmişdi. Bu saray əvvəllər Roma padşahına aid olduğu üçün, çox təmtəraqlı və möhtəşəm bir saray idi. Həm də bu saraydan şəhərin dörd tərəfini də görmək olurdu.

Müaviyyə görür ki, günün ən isti çağında bir ərəb yalın ayaqla onun sarayına tərəf tələsir. Saray əhlinə üzünü çevirib deyir: “Allaha and olsun ki, əgər bu ərəbin mənə işi düşübdürsə, onu həll edəcəyəm və əgər zülmə məruz qalıbdırsa, ona nicat verəcəyəm”.

Sonra bir nəfəri sarayın qapısına göndərir ki, həmin ərəbin içəri girməsinə mane olmasınlar.

Elə ki, ərəb gəlib çatır, Müaviyyə soruşur: “Ərəb, sən kimsən?”.
Deyir: “Bəni-Təmim qəbiləsindənəm”.
Müaviyyə soruşur: “Nə səbəb olub ki, günün bu çağında mənim yanıma gəlmisən?”.
Deyir: “Şikayət üçün gəlmişəm”.
Müaviyyə deyir: “Kimdən şikayətin vardır?”.

Ərəb deyir: “Mədinənin valisi Mərvandan. Mədinə valisi zülmlə mənim təlaqımı alıb, həyat yoldaşımla evlənmişdir. Ona görə də sənə pənah gətirmişəm ki, mənim intiqamımı alasan”.
Müaviyyə deyir: “Öz əhvalatını ətraflı danış görüm nə olub?”.

Ərəb deyir: “Mənim bir həyat yoldaşım var ki, onu çox sevirəm. O da mənə vəfadardır. Mən bacardığım qədər onun həyat ehtiyaclarını təminedirdim və yaxşı yaşayırdıq. Ancaq ruzigar məndən üz çevirdi və əlimdə olanların hamısını itirdim. Ancaq xanımım bu çətinliklərə baxmayaraq, mənimlə yaşayır və heç nədən şikayət etmirdi. Ta o günə qədər ki, xanımın atası mənim maddi vəziyyətimdən xəbərdar oldu. Gəlib qızını məndən aldı və məni rədd etdi.

Mən də kömək üçün Mərvanın yanına getdim və ondan istədim ki, ədaləti bərpa etsin və xanımı mənə geri qaytarsın. Mərvan da mənim həyatyoldaşımı və atasını yanına çağırdı. Atası dedi ki, məni tanımır.
Mərvanın gözü mənim xanıma dəyəndə, mənimlə rəftarını dəyişdi və mənə qarşı kobudluq etməyə başladı. Üzünü xanımın atasına çevirib dedi:“Bu qadını min qızıl dirhəm və on min dirhəm mehriyyə ilə mənim kəbinimə sal”. Xanımın atası da razı oldu. Mərvan məni zindana saldı.

Sonra məni çağırıb dedi ki, həyat yoldaşıma təlaq verim? Mən də imtina etdim. Bu zaman mənə ağrılı işgəncələr verdilər. Çarəsiz qalıb mən də təlaq verdim. Mərvan da onunla evləndi və məni azad etdi.
Ey Müaviyyə! İndi sənə pənah gətirmişəm, mənə sahib çıx və həyat yoldaşımı mənə qaytar”.

Müaviyyə də Mərvəna məktub yazır və deyir ki, İlahi əmri pozubdur və bu ərəbə zülm edibdir. Ona görə də gərək həmin qadına təlaq verib, onu Dəməşqə göndərsin. Sonra da onu danlayan sözlər yazır ki, şəhər valisi gərək şəhvətə göz yumsun və öz nəfsini islah etsin.
Elə ki, məktub Mərvana gəlib çatır, Mərvan onu oxuyan zaman ağlayır.

Müaviyyənin əmrindən çıxa bilmədiyi üçün həmin qadına təlaq verir və onu Dəməşqə göndərir. Ancaq belə bir məktub yazır:” Ey Müaviyyə,tələsmə! O gün ki, bu qadının gözəlliyini görüb onu öz əqdimə gətirdim, haram iş görmədim ki, məni xain adlandırasan? Əgər sən də onu görsən,huşdan gedəcəksən. Tezliklə sənin yanına parlayan bir günəş gələcəkdir ki, cin və insin onu görməyə taqəti yoxdur”.

Tezliklə həmin qadın və bu məktub Şama gəlib çıxır və Müaviyyəni məktubu oxuduqdan sonra maraq hissi bürüyür ki, görəsən bu qadın necə bir qadındır? Ona görə də əmr edir ki, qadını onun yanına gətirsinlər ki, onu yaxından görə bilsin. Elə ki, qadın içəri girir, Müaviyyə onun gözəlliyindən heyrətə gəlir və ona suallar verir. Qadın da fəsahətli cavablar verir.

Müaviyyə əmr edir ki, şikayət edən həmin ərəbi gətirsinlər. Müaviyyə özünü qəmgin hala salıb, ərəbə deyir: “Ey ərəb! Mümkündürmü ki, mən buqadını öz əqdimə salım və əvəzində də sənə üç qız və on min dirhəm verim?”.

Ərəb bu sözləri eşidən zaman fəryad çəkir və özündən gedir. Müaviyyə də elə bilir ki, ölübdür. Ərəb özünə gələndə, deyir: “Ey Müaviyyə, mən Mərvanın zülmünə görə sənə pənah gətirdim, indi sənin zülmündən kimə pənah aparım?”.

Müaviyyə qadından əl çəkmək istəmir. Ona görə də ərəbə deyir: “Ey kişi! Sən özün etiraf etdin ki, ona təlaq vermisən. Mərvən da ona təlaq veribdir. İndi bu qadın azaddır. Əgər səni istəsə, sənə verəcəyəm. Yox, əgər burada olanlardan bir başqasını istəsə, onda onun əqdinə salacağam”.
Ərəb də razı olur.

Müaviyyə üzünü qadına çevirib deyir: “Nə deyirsən? Kimi daha çox istəyirsən? Məqama, mala və saraya malik olan Müaviyyənimi, yoxsa bu ac və heç nəyi olmayan səhra ərəbinimi?”.

Qadın deyir: “Ey Müaviyyə! Mən bu səhra ərəbini bütün yoxsulluqları ilə istəyirəm. O, mənim üçün bütün qohumlarımdan, bu möhtəşəm sarayamalik olan səndən, Mədinə valisi Mərvandan və hər bir sərvət sahibindən daha əzizdir. Baxmayaraq ki, ruzigarın onunla etdiyi onu insanların gözündə xar etmişdir, ancaq mənimlə olan sevgi bağları köklü və qədimidir. Mən onunla xoş günlərdə səbir etdiyim kimi, narahatlıqlarda da səbir etməyə daha layiqliyəm”.

Müaviyyə qadının sözlərindən heyrətə gəldi və gördü ki, nə etsə faydası yoxdur, ona görə inadından əl çəkir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930