İmam Əlinin (ə) Siffeyn döyüşü və Qasitinlərin mənfur siması
Mьəllif: admin1
Tarix: 19-09-2020, 10:56
İmam Əlinin (ə) Siffeyn döyüşü və Qasitinlərin mənfur siması
Səfər ayının biri İmam Əli (ə) Quranı nizələrə taxan, Qasitin (zülümkar) ləqəbi ilə tanınan dəstəyə rəhbərlik edən, atası ilkin müsəlmanların qanını axıdan və Peyğəmbərin (s) ən qatı düşməni olan, anası Hz. Həmzənin ciyərini yeyən, özü Hz. Əli (ə) ilə düşmənçilik edən, 10 minlərlə müsəlmanın qanına səbəbkar olan, oğlu Yezid məlun Kərbəlada İmam Hüseynin (ə) və Əhli Beytin (ə) qanını axıdan Müaviyyə ibn Əbu Süfyanın ordusu ilə üz-üzə gəldiyi gündür.

II xəlifə tərəfindən Şama vali təyin edilən Müaviyyə artıq neçə il idiki Şamda öz mövqeini möhkəmləndirmişdi. Xilafət mərkəzindən uzaq olan Şam əhli Müaviyyənin düzgün olmayan İslami təbliğatı nəticəsində tam başqa bir ruhiyyədə tərbiyyə edilmiş, yeni formalaşmaqda olan gənc nəsilin artıq özünə məxsus İslamı düşüncəsi var idi. Təbiğatlar tam şəkildə Müaviyyənin nəzarəti altında idi.

Bu əhali Hz.Əlini (ə) kafir bilir, onu namaz qılmayan kimi tanıyırdılar. Hətta rəvayətdə deyilir ki, Hz.Əlinin (ə) namaz üstündə zərbətləndiyi eşidən əhali “məyər Əli namaz qılırdı?” deyə təəccüblə soruşurdular!.

Hətta Əməvilər dövründə namazdan sonra Hz.Əliyə (ə) nalayiq söz deməyi belə özlərinə mühüm və vacib bilirdilər. Bu iş yalnız Əməvi hökümdarı hicri 99-101 illərdə hakimiyyətdə olmuş Ömər ibn Əbdul Əziz tərəfindən qadağan edildi. Bu o deməkdir ki, Şamlıların bu mənfur əməli 60 ilə yaxın davam edib.

III xəlifə Osman ibn Əffanın öldürülməsindən sonra xəlifə olan Hz. Əli (ə) Abdullah ibn Abbası Şama xəlifə təyin edir. Müaviyyədən Şam valiliyini təhvil verməyi tələb edir.

Müaviyyə nəinki, bu əmrə boyun əymir, hətta Hz. Əlini (ə) Osmanın qatili kimi tanıtdıraraq, bu qətldə o Həzrəti (ə) günahlandırır.

Beləcə Şamda qüvvətlənən Müaviyyə xəlifəyə qarşı çıxır və hicri 37-ci il səfər ayında mənfur və kütbeyin bir ordu ilə Siffey çölündə xilafət ordusu ilə qarşı-qarşıya gəlir.

Döyüşün ilkin mərhələsi Hz. Əlinin (ə) sadiq dostu Malik Əjdərin sürətlə irəliləməsi ilə davam edirdi. Malik hətta Müaviyyəni tutub öldürəcək qədər irəliləmişdi. Məğlub olacaqlarını görən Müaviyyə müşaviri Əmr Asın təklifi ilə görünməmiş hiyləyə işlətdi.

O məlun Quranı nizələrə taxıb “bizdə müsəlmanıq” hiyləsinə əl atdı. Beləcə xilafət qoşunu içində çaxnaşma saldı və döyüş dayandırıldı.

Müviyyənin bu hiyləsinə aldanan müsəlmanlar Hz. Əlini (ə) sülh bağlamağa məcbur etdilər. Bu hiylə həmçinin Müaviyyənin gələcəkdə güclənməsinə də zəmin yaratdı.

Çünki o, artıq Hz. Əlini (ə) Qurana “qarşı döyüşən” kimi tanıtdıra bilmişdi.

Beləcə atası hesab olunan Əbu Süfyan ilkin müsəlmanların qanını axıdan, Peyğəmbərin (s) ən qatı düşməni olan, özü Hz. Əli (ə) ilə düşmənçilik edən, anası Hz. Həmzənin ciyərini yeyən, özü 10 minlərlə müsəlmanın qanına səbəbkar olan, oğlu Yezid məlun Kərbəlada İmam Hüseynin (ə) və Əhli Beytin (ə) qanını axıdan Müaviyyə ibn Əbu Süfyan dövrümüzə kimi gəlib çıxan yeni bir fitnənin əsasını qoydu. Onun alovlandırdığı fitnə atəşi hələdə İslam coğrafiyasını bürüməkdədir.

Həzrəti Əli (ə) Siffeyndə buyurub: Biz paklarıq, bizim ordumuz peyğəmbərlər ordusu, qoşunumuz Allah qoşunudur. Fitnəkarlar isə Şeytan ordusudur. Onlarla bizi bir tutanlar bizdən deyil.
(İslaminSesi)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930