Qız uşaqlarının tərbiyəsində ananın rolu
Müəllif: Admin
Tarix: 28-08-2019, 23:08
Qız uşaqlarının tərbiyəsində ananın rolu
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala qız uşaqlarına qarşı oğlanlardan daha mehribandır”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim qız övladını sevindirər – o kəs kimi olar ki, İsmayıl övladlarından olan qulu azad etmişdir”.

Bu cür hədislər bizə tövsiyə edir ki, qız övladlarının tərbiyəsinə xüsusi diqqət göstərək. Hətta hədiyyə verən zaman belə hədislərimiz buyurur ki, birinci qız övladlarına verin, sonra oğlana.

Övlad – hər bir valideyn üçün Allahın əta etdiyi nemətdir, istər qız olsun, istərsə də oğlan övladı. Ancaq dinimiz qız övladlarının tərbiyəsi ilə bağlı xüsusi tövsiyələr verir və onlara qarşı daha həssas olmağı göstəriş verir. Qız uşaqlarının ən həssas dövrü – büluğ dövrüdür. Bu dövrdə ananın vəzifəsi daha da artar.

Bu yaşda olan uşaqlar adətən ətrafında olanların onları dərk etməklərini istəyirlər. İstəyərlər ki, sözlərinə qulaq assınlar və onların istəklərinə diqqət etsinlər.

Ona görə də ana gərək övladının ehtiyaclarını başa düşüb, onları aradan qaldırmağa çalışsın. Heç bir zaman övladını təhqir etməsin və şəxsiyyətini alçaltmasın.

Ana bu yaşda olan qızı ilə dost və rəfiqə olmalıdır. Onunla səmimi söhbətlər edib, arzu və istəklərindən xəbər tutmalıdır. Onun etimadını qazanmalıdır.

Çünki əgər qız öz valideyninə etimad etməzsə, sirlərini ondan saxlayar və çox sayda problemlərin yaranmasına yol açmış olar.

Allah eləməsin, elə insanlarla dost olar ki, onu geri qayıda bilməyəcəyi quyuya salar və bədbəxt edərlər.

Adətən bu yaşda olan qızlar ilə valideynləri arasında çox tez-tez anlaşılmamazlıqlar olur. Bu da uşağın hormonları ilə bağlıdır. Ona görə də analardan xahiş olunur ki, bu yaşda olan qızlarını başa düşməyə çalışsınlar və narahatlıqlarının mənbəyini tapmağa cəhd etsinlər.

Ümumi olaraq deyə bilərik ki, hər bir övladın tərbiyəsi mühüm mövzudur. Xüsusilə də qız övladlarının. Qız övladlarının düzgün tərbiyəsi üçün, valideyn övladının ruhi və mənəvi ehtiyaclarına diqqət etməli və onun narahatlıqlarını həll etməyə çalışmalıdır. Etimadını qazanıb, onu doğru yola yönlənəltməlidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031