Oğlan uşağını necə tərbiyə edək?
Mьəllif: admin1
Tarix: 25-05-2022, 11:32
Oğlan uşağını necə tərbiyə edək?
Övladların düzgün tərbiyə edilməsi – valideynlərin ən mühüm vəzifəsidir. O zaman ki, körpə ailəyə qədəm basır, ata ilə ananın həyatı yeni mərhələyə başlayır. Çünki onlar nəinki ərlə və arvaddırlar, həm də ata və anadırlar.

Ona görə də o gündən başlayaraq, valideynlər gərək öz həyəcanlarıni və hisslərini büruzə verməyə diqqət etsinlər. Psixoloqların nəzərinə görə, qız övladı ilə oğlan övladının tərbiyəsi arasında müəyyən fərqlər vardır. Bu bəhsimizdə oğlan övladının tərbiyəsinə işarə edəcəyik.

Nə edək ki, oğlan övladımızı düzgün tərbiyə edə bilək?

1. Onu həddən artıq tənqid etməyin. Kiçik uşaq adətən tənqidlərə qarşı çox həssas olur, xüsusilə də öz rəftarına aid olan mövzularda. Ona yanlış rəftarını xatırladın, ancaq həddən artıq tənqid etməyin. Onu başqa uşaqlarla heç bir zaman müqayisə etməyin.

2. Onunla danışmaq üçün münasib dil tapın. Valideyn övladı ilə uyğun danışmaq dilini tapmalıdır. O zaman ki, oğlan uşaqları ilə danışırsınız daha aydın, məntiqli və geniş izahatdan uzaq cümlələrdən istifadə etməlisiniz. Çalışın haşiyəyə çox çıxmayasınız.

3. Onun şəxsiyyətinin digər yarısına da diqqət edin. Ona paltarının səliqəli olmasını öyrədin, saçlarını darasın, dişlərini təmizləsin və zahirinə diqqət etsin. Valideyn bəzən bu məsələlərə çox fikir vermir, ancaq önəmli mövzulardandır. Çünki o, gələcəyin kişisi olacaqdır ki, indidən səliqəli və tərtibli olmağı öyrənməlidir.

4. Məhdudiyyətlər təyin edin. Valideyn nəzərə almalıdır ki, övladının düzgün tərbiyə olması üçün onun məhdudiyyətlərlə razılaşması da zəruridir. Ona müəyyən məhdudiyyətlər qoymalıdır və çalışmalıdır ki, bu məhdudiyyətlərə əməl etsin.

5. Ona aid olan işlərin hamısını siz yerinə yetirməyin. Misal üçün köynəyini geyindirin, ancaq düymələrini özü bağlamağa çalışsın. Onu öz paltarlarını özünün geyinməsinə həvəsləndirin.

6. Onun üçün nümunə olmağa çalışın. Valideyn övladı üçün örnək və nümunədir. Onu gələcək hədəflərinə tərəf yönləndirər. Oğlan uşaqları adətən atalarını özlərinə örnək hesab edərlər və onun peşəsini davam etdirmək istəyərlər. Ona görə də övladlarınız üçün yaxşı nümunə olmağa səy göstərin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930