Allah bizə qarşı ata və anamızdan da mehribandır
Mьəllif: admin1
Tarix: 10-03-2024, 10:24
Allah bizə qarşı ata və anamızdan da mehribandır
Ata-ananın övladına qarşı olan sonsuz sevgisinin və şəfqətinin sirri – onu xaliscəsinə sevməsindədir. Yəni, eşqini büruzə vermək yolunda hər nəyi varsa, övladı yolunda qoyur.

Ancaq bu, həqiqətdir ki, zaman keçdikcə və uşaqlar böyüdükcə, övladların qayğıya ehtiyacları azaldıqca valideynlər həmin övladlarına olan diqqətlərini azaldarlar.

Ancaq bu sevgini Allah sevgisi ilə müqayisə etsək, bu həqiqəti deməliyik ki, Allahın bəndələrinə diqqət və sevgisi heç bir zaman azalmır və bu, zaman-məkandan asılı deyildir.

Bəndə hansı yaşda olursa-olsun, Allahın rəhmət çətiri həmişə onun başının üstündə olar. Bu sevginin sonu yoxdur və o qədər çoxdur ki, ana sevgisi onun yanında çox azdır.

Ata və ana övladını dünyaya gətirir və onu böyüdür, cəmiyyətin bir fərdinə çevirir. Ancaq zaman keçdikcə valideynin ehtiyacları artır və o, yaşlaşır. Bu zaman övladı gərək ata və ananın qayğısını çəksin.

Ancaq Uca və Əzəmətli Allah elə varlıqdır ki, heç bir şeyə ehtiyacı yoxdur və etdiyi heç bir şeydə bəndəsinə minnət qoymur. Əksinə, bu işi xüsusi lütf və fəzllə yerinə yetirir.

Allahın analara xüsusi hörməti və məhəbbəti vardır. Ona görə onlara hörmət etməyi Özündən sonra vacib buyurmuşdur. Ananın tək istəyi – övladının xoşbəxt olmasıdır.

Allahın da məhz istəyi elə budur. Allah da bəndələini məhz behişt üçün xəlq etmişdir. İstəyir ki, bəndələri Onu sevsin və O da bəndələrinə qarşı olan sevginin səmərəsini bu dünyada göstərsin.

O, istəyir ki, bəndə dəmir kimi atəş kürəsində əriyib, onun istəyi qəlibə düşsün və gözəl bir bəndə şəklində qarşısında dayansın.

Ona görə də Allahdan bizə nə çatırsa, hamısı xeyir və sevgidir. Ey bəndə, bu lütfün qədrini bil və ona görə Allahına şükür et və sənə verdikləri barəsində bir qədər də olsa, düşün!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930