Övladlarını danlayan valideynlərə Həzrət Əlidən (ə) mühüm tövsiyə
Mьəllif: admin1
Tarix: 2-06-2020, 09:53
Övladlarını danlayan valideynlərə Həzrət Əlidən (ə) mühüm tövsiyə
Övlad tərbiyəsi çox mühüm bir məsələdir. Təbiidir ki, bütün valideynlər övladlarının xeyirli bir övlad olmasını, onların üzünü ağ etməsini, gözəl həyat yaşamasını istəyir. Amma bu istək təklikdə kifayət etmir. Çünki övladın gələcək həyatının necə formalaşmasında valideynin rolunun əhəmiyyəti inkar olunmazdır.

Bu sahədə valideynlərin üzərinə çox iş düşür. Valideynin hər bir işi, əməli, davranışı, hətta reaksiyası belə gələcəyin şəxsiyyəti olan övladda dərin iz buraxır. Qurani Kərim ayələri və hədislər övlad tərbiyəsində valideyni birbaşa məsul bilir, doğru yolu və qurtuluşu yalnız Allahın “ipinə” möhkəm sarılmağda görür:

“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir). (Təhrim-66)

Bu səbəbdən valideyn övlad qarşısında çox diqətli olmalı, hər mövzuda həssaslığı əldən verməməlidir. Valideyn hər bir halda orta mövqeyi seçməyi bacarmalıdır. Uşağı tam sərbəst buraxmadığı kimi, onu həddən artıq danlayıb yomamalıdır. Çünki kiçik olsa belə o da bir şəxsiyyətdir. Həzrət Əli (ə) bu həssas mövzuda valideynlərə önəmli bir tövsiyə buyurur:

“Bir gənci danladıqda onun bəzi günahlarına (pis işlərinə) gözyum. Bu (göz yummaq) onun cəsarətlənib dikbaşlıq etməsinin qarşısını alır.”

(Nəhcül-bəlağənin şərhi. İbn Əbil-Hədid. 20/333)

Bəli hər bir valideynin istəyi övladının düzgün yaşam tərzi seçməsi, doğru istiqamətdə addımlamasıdır. Bütün səy və danlamaları da bu səbəbdəndir. Övlad valideynin nəzərində yanlış addım atdıqda, valideyn danlamaq və tənbeh kimi üsullarla bunun qarşısını almağa çalışır. Lakin bu həmişə uğurlu nəticə vermir.

Hətta övladı validenə qarşı kobudluğuna və ya dikbaşlığına belə gətirib çıxarır. Bu səbəbdən Həzrət Əli (ə) valideynlərə daha diqqətli və həssas olmağı tövsiyə edir.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031