VALİDEYNLƏRİNİN İXTİYARLARININ HƏDDİ-HÜDUDU VARMI?
Mьəllif: admin1
Tarix: 13-02-2018, 14:16
VALİDEYNLƏRİNİN İXTİYARLARININ HƏDDİ-HÜDUDU VARMI?
Ailənin qarşılıqlı səfa-səmimiyyətdə yaşamasına səbəb olan ən mühüm amillərdən biri ailə qayda-qanunları və məsələlərindən tam agah olmaqdır.

Ailənin bütün üzvləri İslamın ailə barəsində olan qanun və meyarlarını öyrənərək öz həyatlarına tətbiq etməlidirlər. Ailə üzvləri nə qədər ki özlərinin qarşılıqlı əlaqə, vəzifələrini, ailə qanunlarını bilmirlər və həyatlarında onlara əməl etmirlər, heç vaxt həqiqi səadətə çatmayacaqlar, hərc-mərclik, inzibatsızlıq və s.

kimi mənfi hallar axırda ailənin dağılmasına səbəb olacaqlar. Atanın ailədə başçılıq, ananın isə idarəçilik məqamını gözləməyən ailələrdə şübhəsiz heç vaxt aramlıqdan əsər-əlamət görünməyəcəkdir.

İslam məktəbi ailənin daha yaxşı və səfa-səmimiyyətdə yaşaması, qızğın məhəbbət telləri ilə bir-birinə bağlanması üçün xüsusi qaydalar bəyan etmiş, onun hər bir üzvünün vəzifələrini tam və kamil surətdə aydınlaşdırmışdır ki, onların səadətinə zəmanət verməsi üçün bunlara riayət etmələri zəruridir.

Müasir təqlid-mərcələri də buyururlar: “Vacib olmayan səfər, əgər ata-ananın əziyyətə düşmələrinə səbəb olarsa, haramdır. İnsan belə səfərlərdə namazı tamam qılmalı (əgər Mübarək Ramazan ayı olarsa), oruclarını tutmalıdır.”

Mərhum Şəhidi Əvvəl dəyərli “Qəvaid” kitabının 212-ci səhifəsində buyurur: “Valideynlərin hüquq və ixtiyarlarının ən mühümləri aşağıdakılardan ibarətdir:

1. Övladların müstəhəb və mübah səfərləri onların icazələri olmadan caiz deyildir;

2. Onlara tabe olmaq övladlara hər bir işdə, hətta (vacib olub-olmaması) şübhəli olduqda belə vacibdir. Çünki belə hallarda ehtiyat etmək müstəhəb, valideynə itaət etmək isə vacibdir;

3. Əgər valideyn namazın fəzilətli vaxtlarında övladından bir şey istəsə, övlad namazı təxirə salaraq onun əmrinə itaət etməlidir. Çünki, namazı ilk vaxtda qılmaq müstəhəbb, valideynə itaət etmək isə vacibdir və vacib isə hər bir müstəhəb işdən müqəddəmdir;

4. Əgər övladın camaat namazında iştirak etməsi, bu namazın bütün qeyd olunan savabları ilə belə, valideynin narazılığına səbəb olarsa, övlad namazı camaatla qılmamalıdır;

5. Valideynin öz övladını cihaddan saxlamağa haqqı vardır; (Amma əgər İmam (ə) şəxsən özü övladı cihada əmr edərsə və ya İslam və müsəlmanların cəbhəsi zəif olarsa, bu halda övlada mane ola bilməzlər.)

6. Şifai vaciblərdə əgər başqaları o işi yerinə yetirərsə, valideynin haqqı vardır ki, öz övladını həmin işdən saxlasın.

7. Əgər övlad müstəhəb namaz qılarkən valideyn onu çağırarsa, övlad namazı pozub ona cavab verməlidir;

8. Övlad valideynə hər növ əzab-əziyyət verməkdən, hətta cüzi miqdarda olsa belə, uzaq olmalı, başqalarının da valideynə yetirə biləcəyi əzab-əziyyətin qarşısını almalıdır;

9. Valideynin icazəsi olmadan övladın müstəhəb oruc tutması caiz deyildir;

10. Valideynin icazəsi olmadan övladın nəzir, əhd, and və s. kimi işləri yerinə yetirməsi caiz deyildir.

Ata və ananın öz övladı yolunda çoxlu zəhmət çəkdiyinə, gecə-gündüz onun səadəti, rifahı naminə çalışdığına, övladın mənafeyini öz şəxsi mənafelərindən irəli saldıqlarına görə Allah-taala və Məsum İmamlar həmişə valideynin hüquqlarını xatırlatmış, o hüquqlara riayət etməyi övladlara tövsiyə etmişlər.

Əksər ata-analar bütün varlığını öz övladına fəda etməyə hazırdır və həmişə onların əleyhinə heç bir tədbir görmürlər, çünki övlada qarşı olan valideynlik hissləri, duyğuları, ürək yanğısı, digər tərəfdən müqəddəs İslam dininin övladın tərbiyəsi barəsində etdiyi tövsiyələr bu əməlin qarşısını alır.

Amma nadir hallarda ola bilər ki, bəzi valideynlər öz övladlarının mənafeyini, məsləhətini nəzərə almasınlar, onların səadət və xoşbəxtliklərini öz yanlış və inadkar arzularına qurban versinlər; və ya kamala və xoşbəxtliyə çatmaq yollarını bilməmək üzündən bu yolları onların üzlərinə bağlasınlar.

Bu halda belə bir sual yaranır ki, görəsən bu halda da kor-koranə onların həvayi-nəfslərinə tabe olub itaət etmək lazımdır? Xoşbəxtlikdən müqəddəs İslam dini belə hallarda da məntiqi və düzgün yolları cəmiyyətə və ailələrə göstərərək buyurmuşdur ki, ata-anaya itaət etmək o vaxta qədər vacibdir ki, onlara itaət etmək günaha və məsiyətə səbəb olmasın, övladın mənafeyi, məsləhəti və inkişafına mane olmasın.

Habelə valideynlərin əmr və göstərişləri də övladın mənafeyi və məsləhəti istiqamətində, İslam dininin, şəriətin həddi-hüdudunda cərəyan etməlidir, hər növ yanlış və səhv duyğulardan(ehsasatlardan), tədbirsiz işlərdən, qanunsuz istismardan uzaq olmalıdır. İndi isə müddəamızın dəlilini təqdim edirik.


(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930