Valideynlərin övladları üçün buraxdığı ən yaxşı miras
Mьəllif: admin1
Tarix: 7-12-2017, 14:12
Valideynlərin övladları üçün buraxdığı ən yaxşı miras
Bu günün insanı gələcəyin tarixidir. Həmçinin bu günün kiçik, balaca fərdi sabahın yetkin fərdidir. Gələcək cəmiyyətin formalaşması bu günün kiçik fərdlərinin formalaşmasından aslıdır. Daha doğrusu valideynlərin necə övlad formalaşdırmağından aslıdır.

Övladlar valideynlərinin irslərinin davamçılarıdır. Təbii ki, normal halllarda valideynlər bütün miraslarını övladlarına buraxırlar. Fərq etməz bu miras hansı formada olur olsun. Yəni diqqət çəkmək istədiyimiz məqam mirasın təkcə maddi nemətlərdən ibarət olması deyil. Əksinə bu irs buraxmaq özünü müxtəlif formalarda biruzə verir. Bir sözlə valideynin övlad ruhiyyəsində qoyduğu bütün izlər həmin valideynin övlada buraxdığı “mirasdır”.

Beləki valideyn hər bir övlad üçün ideal olur. Uşaqlığ çağlarında hər bir uşaq öz valideyni ilə fəxr edir. Onun bütün işlərini haqq bilir, ona oxşamağa çalışır. Valideyn doğru yolda olmasa belə. Atrıq uşağın bu cür baxışı onun gələcək həyatında öz işini görür.

Bunu Qurani Kərim də təsdiq edir, hədislər də. Quranda bu barədə buyurulur:
Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin!-Bəqərə:195

Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir). (Təhrim-6)

Övlad da insanın öz parçasıdır. Onu ən böyük təhlükəyə atmaq ona doğru yolu göstərməməkdir. Yanlışla düzü hələ ayıra bilməyən kəsə ən böyük hədiyyə onu doğruya istiqamətləndirmək, onu cəmiyyətə sağlam şəkildə təhvil verməkdir.

Həmçinin Hz.Əli (ə) buyurub: “Ataların övladlar üçün buraxdığı ən yaxşı miras ədəbdir” (Ğurərul-hikəm. C-3. S-438)

Dünya malı xeyirlidir. Amma ondan daha xeyirli övlada elm, ədəb, əxlaq, mədəniyyət, sevgi, mehribanlıq, insanlığ öyrətməkdir. Çünki bunların heç biri olmadığı yerdə əlindəki sərvət də onun üçün bir problemə çevriləcək, ona sıxıntı yaşadacaq. Heç bir ədəb sahibi onunla yoldaş olmas, yoldaşları özü kimi insanlıqdan xəbəri olmayanlar olacaq.

Yaşar Nuriyev

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930