“Mizanül-hikmə” kitabı nədən bəhs edir və səhihdirmi?
![]() Kitab fərqli çaplarda 5 və 10 cild şəklində nəşr edilib. Bundan əlavə, kitabın müxtəsər variantları və sair dillərə (o cümlədən, azərbaycan dilinə) tərcümələri də çap edilib. “Mizanül-hikmə” kitabının özəlliyi budur ki, burada hədislər əlifba sırası ilə, mövzular üzrə qruplaşdırılıb; bu xüsusiyyət kitabdan istifadəni çox asanlaşdırır. Kitabda əsasən şiə, qismən əhli-sünnə məzhəblərinə aid hədislər mövcuddur. “Mizanül-hikmə” kitabı ümumilikdə mötəbər və faydalı əsərdir. Amma içində ayrı-ayrı hədislərin zəif olma ehtimalı da istisna edilmir; çünki heç bir hədis məcmuəsi bundan sığortalanmayıb. Oxşar xəbərlər
|