Dindarlığın meyarı
Mьəllif: admin1
Tarix: 26-05-2022, 21:10
Dindarlığın meyarı
Hər bir şeyin meyarı var. Dindarlıq və dinsizliyin meyarı nədir? Dindarlığın meyarı yalnız namaz qılıb oruc tutmaqdırmı? Hicab və örpək təklikdə meyar ola bilərmi? Sükut təklikdə dindarlıq ölçüsü ola bilərmi?

İmam Əlinin (ə) bu mövzuda belə bir kəlamı var:

مِلاكُ الدّينِ مُخالَفَةُ الْهَوى

“Dinin əsası (və dindarlığın meyarı) nəfsi istəklərlə müxalifətdir.” (“Qurərul-hikəm”, 9-cu cild, səh.382, hədis 21135.)

O həzrət başqa bir hədisdə buyurur:

رأسُ الدِّينِ مُخالَفَةُ الهَوى

“Dinin başı nəfsi istəklərlə müxalifətdir.” (“Mizanul-hikmə”, 13-cü cild, hədis 30021458.)

İmam Əli (ə) bu qısa və dərinmənalı hədisdə uyğun mövzuya dair ümumi bir meyardan söz açır. Qeyd etdiklərimiz dindarlığın meyarı sayılsa da, ümumi və əhatəli deyil! Bəzən, həmin namaz, oruc, hicab və sükut nəfsin istəyinə tabe olur. Aşağıdakı məşhur əhvalat bəhsimizə yaxşı bir şahiddir:

Bir abid uzun müddət camaat namazının birinci sırasında iştirak edir və günlərin birində məscidə gec gəldiyi üçün son cərgədə durmalı olur. Özündə narahatçılıq hissi keçirərək öz-özünə deyir: “İndi camaat deyir ki, fılankəs hər gün birinci cərgədə dururdu, nə oldu ki, bu gün axırıncı cərgədə durub?” Bu fikirdə ikən, birdən özünə gəldi: “Vay olsun mənə! İndiyə qədər qıldığım namazları puç etdim, gərək hamısının qəzasını qılım!” Çünki o, namazına Allahdan qeyrisini də şərik etmişdi! İslam Peyğəmbəri (s) buyurur:

لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا إِلَيٰ صِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ

“İnsanların imanını qıldıqları namaz, tutduqları oruc, getdikləri həcc, etdikləri ehsan və gecələri oyaq qalmalarının sayı ilə yox, doğru danışıqları və əmanətdarlıqları ilə qiymətləndirin!” (“Mizanul-hikmət”, 1-ci cild, səh.344, fəsil 300, hədis 1490.)

“Biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq!” – ayəsinin (“Nisa”/150) şərhində belə bir sual ortaya çıxır: “Nə üçün Allah-Taala İsrail oğullarını bu sözə görə danlayır? Halbuki onların “Biz bəzilərinə kafir oluruq” deməsi pis və qınağa layiq olsa da, “Bəzilərinə iman gətiririk!” isə yaxşı əməldir!

Bəzi təfsirçilər yazırlar: “Onların bəzilərinə iman gətirməsi də dəyərsizdir. Çünki onlar nəfsi istəklərə uyğun gələn şeylərə iman gətirmişdilər. Demək, onların imanı Allaha yox, həqiqətdə nəfsi istəklərə idi!!!” (“Təfsiri-nümunə”, 4-cü cild, səh.189.)

Bir sözlə, dindarları dinsizlərdən ayıran meyar və ölçü nəfsi istəklərlə müxalifətçilikdir. Biz də özümüzün nə həddə dindar olmağımızı bu dəqiq meyarla ölçə bilərik!

Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031