ELAN! "KİTAB OXUMA YARIŞI TƏŞKİL OLUNUR"
Mьəllif: admin1
Tarix: 1-08-2016, 04:45
ELAN! "KİTAB OXUMA YARIŞI TƏŞKİL OLUNUR"
Hz. Peyğəmbərimiz buyurmuşdur: “Mənim ümmətimdən hər kəs insanların dinlərində ehtiyacları olduğu qırx hədis əzbərləsə Allah-taala onu Qiyamət günü fəqih və alim kimi məşhur edəcəkdir”.

Əziz Müsəlman bacı və qardaşlar!
Nəzərinizə çatdırırıq ki, "Məsumlardan hədislər" kitabından müsabiqə təşkil edilir.

100 mövzuda 1000 hədis olan bu kitabda sizlər Peyğəmbər (s) və Əhli-beytinin müxtəlif mövzularda faydalı və dərin mənalı kəlamlarını bir ay müddətində oxumaqla sınaq imtahanlarından keçib mükafat qazana bilərsiniz.
Qaliblərə eyni zamanda Məşhəd ziyarətinə getmək nəsib olacaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər öncə www.dintelimi.com saytında qeydiyyatdan keçib, kitabı oxuduqdan sonra yarışın ilk mərhələsindən keçmək (və finalda iştiraka haqq qazanmaq) üçün bu saytda sınaq imtahanından keçməlisiniz.

Yarışın birinci mərhələsinin (saytda sorğuları cavablandırmaq) son günü 1 sentyabr ikinci mərhələsi isə 3 sentyabrda Tbilisi Cümə məscidində olacaqdır.

Kitabları Gürcüstan Müsəlmanları İdarəsindən, Tbilisi Cümə məscidindən, “İman” müəssisəsi və Marneulidə yerləşən Əhli-beyt cəmiyyətindən əldə edə bilərsiniz. Kitabın elektron (PDF) variantı da həmin saytda verilmişdir. Sizə uğurlar diləyirik.


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031