Allahın iftixar etdiyi gənc
Mьəllif: admin1
Tarix: 31-05-2021, 10:10
Allahın iftixar etdiyi gənc

Əhli-Beytin (ə) gənclər barədə tövsiyələrindən

Gənc və 72 siddiqin savabı

Rəsuli-əkrəm (s): “Ey Əbazər! O cavan ki, Allaha xatir dünyadan və onun məşğuliyyətlərindən üz çevirərək cavanlığını Allaha itaət yolunda qocaldar, Allah ona 72 siddiqin mükafatını əta edər”. (Siddiq o kəsdir ki, çox düz danışar və dediklərini öz əməlləri ilə təsdiq edər). “Mizanul-hikmə”, c. 5, səh. 9. “Biharul-ənvar”, c. 77, səh. 84.

Ey 20 yaşı olanlar! Ciddi cəhd edin

Rəsuli-əkrəm (s): “Allahın bir mələyi vardır ki, hər axşam yerə enər və səslənər: “Ey 20 yaşlılar! Çalışın və ciddi olun!”. “Müstədrəkul-vəsail”, c. 2, səh. 353.

Allahın sevdiyi cavan

Rəsuli-əkrəm (s): “Mənim ümmətimin ən yaxşı cavanları, cavanlığını Allaha itaətdə keçirənlərdir. “Mizanul-hikmə”, c. 5, səh. 9.

Ən yaxşı cavan və ən pis qoca

Rəsuli-əkrəm (s): “Sizin ən yaxşı cavanlarınız qocalar kimi ölçülüb-biçilmiş davrananlardır. Sizin ən pis qocalarınız isə cavanlarınız kimi rəftar edənlərdir”. “Muşkatul-ənvar”, səh. 180.

Cavanın ürəyi

İmam Əli (ə): “Həqiqətən, yeniyetmənin qəlbi xam (işlənməmiş) torpaq kimidir. Ora hər nə atılsa qəbul edər”. “Tühəful-Uqul”, səh. 70.

İmam Əli (ə): Övladlarınızı sizin adət-ənənənizlə getməyə məcbur etməyin. Çünki onlar sizin zəmanənizdən ayrı bir zaman üçün yaradılmışdır. “İbn Əbil-Hədid; Şərhi Nəhcül-bəlağə”, c.20, səh. 267.

İmam Əlinin (ə) gənclərə mühüm tövsiyəsi

İmam Əli (ə): “Ey cavanlar! Öz abır və şərəfinizi ədəblə, dininizi isə biliklə qoruyun”. “Tarixi-Yəqubi”, c. 2, səh. 133.

Gənclərə qarşı diqqətli olun

İmam Sadiq (ə), Əhvələ xitab edərək buyurdu: “Bəsrəyə getdinmi?” Ərz etdi: “Bəli”.

İmam (ə) buyurdu: “Xalqın bu işə (bizim vilayət və imamətimizə) sevgisini və onu qəbul etməyini necə gördün?”

Ərz etdi: “Allaha and olsun azdırlar, müəyyən iş görüblər, amma azdır”.

Həzrət (ə) buyurdu: “Gənclərə qarşı diqqətli olmağı sənə tövsiyə edirəm. Çünki onlar hər bir yaxşılığı qəbul etməkyə daha çox tələsirlər”. “Qurbul-İsnad”, səh. 128, h. 450.

Gəncliyinizin qədrini bilin

İmam Əli (ə): “İki nemətin qədrini onu əldən verən şəxsdən başqa bir kimsə bilməz: cavanlığın və sağlamlığın”. “Ğurərul-hikəm”, h. 5764.

Allahın iftixar etdiyi gənc

Rəsuli-əkrəm (s): “Allah-taala gənc abidin vücudu ilə mələklərin qarşısında iftixar edər və buyurar: “Baxın Mənim bu bəndəmə, Mənə xatir öz şəhvətindən əl çəkmişdir”. “Kənzul-Ummal”, h. 43057.



(/nur-az.com)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930