Özünüzü İmam Əlinin (ə) bu kəlamı ilə test edin
Mьəllif: admin1
Tarix: 29-05-2022, 21:31
Özünüzü İmam Əlinin (ə) bu kəlamı ilə test edin
Mütəal-Allah Qurani-Kərimdə iman gətirənlər və iman əsasında əməl edənləri yaradılmışların ən yaxşısı, ən üstünü adlandırır.

Demək Allah yanında yaxşı olmağın meyarı iman və iman əsasında olan əməldir, nəinki ayrılıqda əməlin özü:

“İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.” (Bəyyinə-7)

Quran yaxşı olmağın meyyarını bu ayə ilə bəyan edir. Hər kəs özü üçün bir yaxşı ola bilər. Lakin yaxşılığın həqiqi meyarı Allah yanındadır. İnsan da gərək öz əməllərini bu meyar əsasında nizamlasın.

Həmçinin İmam Əlidən (ə) nəql olunan bir hədisdə iman əhlinin sifətləri belə bəyan olunur:

“Mömin o kəsdir ki:

Qazancı halaldan olsun,

Rəftarı mehriban və mərhəmətli olsun,

Qəlbi kin-küdurərdən pak olsun,

Malının artığından ehsan etsin,

Artıq söz danışmaqdan çəkinsin,

İnsanlar onun şərrindən amanda olsun, xeyir işlərdə ona ümidvar olsun,

Digərləri ilə insafla rəftar etsin.” (Nəsayih-281)

Özü yaxşı hesab edən, öz rəyindən razı olan hər bir kəs, hər bir mömin Quranın bu ayəsi və İmamın (ə) hədisi ilə özünü test edə bilər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930