İnfaq üçün ən yaxşı ünvan
Müəllif: Admin
Tarix: 13-04-2019, 14:31
İnfaq üçün ən yaxşı ünvan
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 215-ci ayəsində buyurur:

يَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلْ مَا أَنفَقْتُم مِّنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالأَقْرَبِينَ وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ

“Səndən soruşurlar ki, nəyi infaq etsinlər? De ki, hər nəyi (istəyirsinizsə) infaq edin, ata-ananız, yaxınlarınız, yetimlər, miskinlər, yolda qalanlar üçün olsun. (Bilin ki,) gördüyünüz hər bir xeyir işdən, həqiqətən, Allah xəbərdardır.”

Bu ayədə “xeyir” sözü iki dəfə işlədilmişdir: biri xeyir infaq, digəri xeyir iş. Məlum olur ki, hətta pulu olmayanlar xeyir əməllə məqsədlərinə çata bilərlər.

Hədisdə oxuyuruq: “Qohumlar ehtiyaclı olduğu halda, başqalarına sədəqə növbəsi çatmaz.” (“Biharul-ənvar”, c.77, səh.58.)

İnfaqda əhəm və mühüm (mühüm və daha mühüm) qaydalarına riayət olunmalı, kamil məlumat və mərhəmət ölçüləri nəzərə alınmalıdır.

İnfaq (yardım) beş növdür:

1. Vacib infaq; məsələn, zəkat, xüms, kəffarə, fidyə, kişinin öhdəsində olan dolanışıq xərci.

2. Müstəhəb infaq; məsələn, miskinlərə, yetimlərə kömək, dostlara hədiyyə.

3. Haram infaq; məsələn, qəsbi maldan infaq və ya günah yolda infaq.

4. Məkruh infaq; məsələn, qohumlar arasında ehtiyaclı olduğu halda, başqalarına infaq.

5. Mübah infaq; başqalarının həyat şəraitini yaxşılaşdırmaq üçün edilən infaq. (Çünki fəqirliyi aradan qaldırmaq üçün edilən infaq vacib və müstəhəb kateqoriyasına daxildir.)

Bildirişlər

1. İnfaqın növünü, şəraitini və yolunu vəhy məktəbindən öyrənmək lazımdır. İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir ki, onu infaq etməkdə doğru yolu göstərsin.

2. Xalqın sualı Allah tərəfindən cavab nazil olması üçün zəmindir.

3. İnfaq böyük və kiçik işlərə şamil olunur.

4. Var-dövlət, dünya malı imanlı insanların əlində xeyir mayasıdır.

5. Yaxşı və rəğbət doğuran şeylər infaq olunmalıdır.

6. İnfaq təkcə maddi şeylərə aid deyil və hər bir xeyir ona daxildir.

7. İnfaq ediləsi ən yaxşı ünvan valideyn və yaxınlardır.

8. Qohumlara infaq ailə əlaqələrinin möhkəmləndirilməsi səbəbidir. Başqalarına infaq isə ehtiyaclıların maddi və mənəvi çətinliklərini aradan qaldırır, təbəqələrarası ziddiyyəti yumşaldır.

9. Həkim (hikmət sahibi) o kəsdir ki, verdiyi cavabda işarə etdiyi məsələlərdən sual verən şəxs xəbərsiz olsun. Ayədə infaqın nədən olması soruşulur. Allah nümunələr müəyyənləşdirir.

10. İslam kasıb təbəqəyə xüsusi diqqət göstərir.

11. Saleh əməl istər aşkar olsun, istər məxfi, istər az olsun, istər çox, heç vaxt zay olmur.

12. Allahın bizim işlərimizdən xəbərdar olmasına iman ən yaxşı təşviqdir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 215-ci ayənin təfsiri.)


(Maide.az)
Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031