Həqiqi infaqın ən mühüm əlaməti
Mьəllif: admin1
Tarix: 18-03-2018, 09:26
Həqiqi infaqın ən mühüm əlaməti
Bizi Allaha yaxınlaşdıran əməllərdən biri də infaqdır.

Allah Təala Qurani-Kərimdə möminləri dəfələrlə infaq etməyə təşviq etmiş və buyurmuşdur: “Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq – Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcə də öz malını, çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən – etiqad, əməl və əxlaqdan ibarətdir)”. (“Bəqərə” 177).

Bəs Allahın nəzərində hansı infaq daha üstün və dəyərlidir?

Quran bu haqda buyurur: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92).

Bu ayə onu bəyan edir ki, həqiqi infaq odur ki, sevdiyiniz şeyi ehsan edəsən, nəinki geyinmədiyin və ya yemək istəmədiyin bir şeyi. Əsil infaq odur ki, insan sevgiyi şeydən keçər və onu Allah yolunda infaq edər.

Budur həqiqi infaq.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930