İnfaq etmək – insanın imanının nişanəsidir
Mьəllif: admin1
Tarix: 5-03-2023, 10:23
İnfaq etmək – insanın imanının nişanəsidir

Quranın müxtəlif yerlərində infaq imanın nişanəsi kimi təqdim edilmişdir. “Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər. Onlardır həqiqi möminlər!”. (“Ənfal” 3-4).

“Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib mal və canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz və əməldə) doğruçu olan onlardır”. (“Hucurat” 15).

İnfaqın əzəməti o qədər böyükdür ki, İslamın üsul məsələləri ilə eyni cərgədə qərar verilmişdir.

1. Qeybə imanla eyni cərgədədir. Allah təqva əhlinin sifətlərini sayan zaman buyurur: “O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər”. (“Bəqərə” 3).

2. Canla cihad etməklə eyni cərgədədir. “Yüngül və ağır (süvari və piyada, yaxud cavan və qoca cihad meydanına tərəf) hərəkət edin və öz mallarınız və canlarınızla Allah yolunda cihad edin. Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir”. (“Tövbə” 41).

3. İnfaq, təqva əhlinin nişanələrindəndir. “Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab, pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir. O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər”. (“Bəqərə” 2-3).

4. Hədislərimizin tövsiyəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Bütün insanlar Böyük Allahın əyalıdırlar. Onun dərgahında o kəs daha çox sevimlidir ki, Allahın əyalına daha çox infaq edər”.

5. Yardım, sevərliyin dəyəridir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim sədəqə malını yoxsula çatdırar, sədəqə verən kimi əcr aparar. Əgər sədəqə yoxsulun əlinə çatmaq üçün 40 min əldən keçərsə, hər kəs sədəqənin kamil əcrini aparar”.

6. İnfaqın fəzilətinin sirri. Bu fəzilətin üç sirrini bəyan etmək olar:

1. İnsan həyatının maddi və mənəvi sahəsini tövhidi etmək. İnfaq və sədəqə vasitəsilə insanın Allaha olan qəlbi etiqadının və həqiqi tövhidin səviyyəsi müəyyən olunar. Yəni, hansı səviyyədə başqa məhbubları Həqiqi məhbuba qurban verməsi aydın olar.

2. İkinci səbəb budur ki, zəkat, infaqlar, sədəqə nəfsi və ruhu paklayar və pakizə edər. Simiclik ki, rəzil sifətlərdən hesab olunur, infaq vasitəsilə aradan gedər.

3. Üçüncü sirri budur ki, İlahi nemətlərə görə şükür edərsən. Allahın insana verdiyi nemətlər iki cür olar: bədən nemətləri və maddi nemətlər. Bədən nemətlərinə namaz qılaraq, oruc tutaraq, cihad edərək şükür etmək olar. Zəkat, xüms, infaq, sədəqə isə maddi nemətlərin şükrüdür.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031