İnfaq etmək zahirən malı azaldırsa, əslində artırır
Mьəllif: admin1
Tarix: 8-06-2020, 10:25
İnfaq etmək zahirən malı azaldırsa, əslində artırır
“Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir”. (“Bəqərə” 268).

Bəli, bu ayədən də göründüyü kimi, şeytan (lən) infaq edən hər bir insanı yoxsulluq və ehtiyaclı olmaqla qorxudar və vəsvəsə edər. İstər vacib infaq olsun, istərsə də müstəhəb.

İnfaq edən zaman şeytan insan ağlına hər cür çirkin və qorxuducu düşüncələri nüfuz etdirər və insanı bu işdən çəkindirməyə cəhd göstərər.

Əgər kim bu vəsvəsələrə təslim olarsa, iradəsi zəif insan olar. Lakin hər kim bu vəsvəsələrə və mənfi düşüncələrə məhəl qoymadan bu xeyir işi görərsə, fitrəti pak insandır deməkdir.

Əgər infaqa ilk nəzər salsaq, görərik ki, zahirdə malın azalmasından başqa bir şey görünmür və da şeytanın əlinə bəhanə verir.

Lakin əgər dərin düşünsək, görərik ki, infaq ictimai ədalətin möhkəmlənməsinə, cəmiyyətin davamlı olmasına, ictimai təbəqələr arasındakı fasilənin azalmasına və ümumi tərəqqiyə səbəb olar.

Təbiidir ki, cəmiyyətin inkişafı ilə orada yaşayan insanlar da rifah içində olar. Bu da Allahın biz insanlar üçün istədiyi həmin mövzudur.

Ona görə də Quran müsəlmanları xəbərdar edir ki, infaq zahirdə sizdən nəyisə azaldırsa, əslində sizin sərmayənizi çoxaldar. İstər mənəvi olsun, istərsə də maddi.

Ayənin də buyurduğu kimi, infaqı tərk etməklə pis işlər arasında rabitə vardır. İnsan əgər infaqı tərk edərsə, simiclik kimi rəzil sifətin meydana gəlməsinə şərait yaradar.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, buyurur: “İnfaq zamanı iki şey Allah tərəfindəndir, iki şey şeytan tərəfindən.

Allah tərəfindən olan şeyin biri günahların bağışlanması və ruzinin artmasıdır. Şeytan tərəfindən olan şeyin biri yoxsulluq vədidir və o birisi pis işlərə əmrdir”.

Əmirəl-möminin (ə) buyurur: “Nə zaman çətinliyə və yoxsulluğa düşsəniz, infaq etmək vasitəsilə Allahla ticarət edin”.

Çünki Allah hər şeyə qadirdir və Öz vədinə əməl edər. Ona görə də Onun vədinə ürək bağlamaq lazımdır, şeytanın deyil.

Ayədən çıxartdığımız nəticələr:

- Şeytan insanı infaqdan saxlaya bilər.

- Sizin simicliyiniz yoxsulları pis işlərə vadar edər.

- İnsan Allahın və ya şeytanın yolunu seçməkdə azaddır.

- İnsanı infaqdan saxlayan və gələcəklə bağlı qorxudan - şeytandır.

- Yoxsulluqla pis işlərin arasında rabitə vardır və günahların bir çoxu yoxsul olmaq qorxusuna görə edilər.

- İnfaq malı çoxaldar və günahların bağışlanmasına səbəb olar.

- Bu şeytani vəsvəsə ilə mübarizə aparmaq lazımdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930