İnfaq etmək üçün varlı olmağa ehtiyac yoxdur
Mьəllif: admin1
Tarix: 3-08-2018, 10:58
İnfaq etmək üçün varlı olmağa ehtiyac yoxdur
“(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 134).

Bu ayə təqva əhlinin sifətlərini bizim üçün bəyan edir və onları bizə tanıtdırır. Bu insani sifətlərə işarə edək:

1. Onlar – hər bir halda infaq əhlidirlər.

İstər məhrum halda olsunlar, istərsə də rifahda – onlar həmişə infaq əhlidirlər. Onlar bu əməllə sabit edirlər ki, başqalarına yardım etmək ruhlarına, canlarına nüfuz etmişdir. Səxavət o zaman öz həqiqi mənasını tapar ki, insan ehtiyacı olan şeylərini başqalarına infaq edər. Belə bir sual verə bilərsiniz ki, bəs insan yoxsul olan zaman necə infaq edə bilər ki? Cavabında deyə bilərik ki, yoxsul insan bacardığı qədər Allah yolunda infaq edə bilər. Çünki infaq etmək ancaq mal və sərvətə aid deyildir. Bu, elmlə də ola bilər, insanlara xidmət etməklə də ola bilər. Allah istəyir ki, fədakarlıq hissi o cümlədən, yoxsul insanlarda da yer tapsın. Bu yolla insanlar hər cür rəzil sifətdən uzaq olsunlar.

O kəslər ki, Allah yolunda edilən kiçik infaqları dəyərsiz hesab edirlər, bilmirlər ki, əgər cəmiyyətin hər üzvü bu işi görsə - damcı-damcı yığılıb göl olar. Bundan başqa, infaqın əhəmiyyəti onun çoxluğunda deyildir, onun niyyətindədir.

2. Onlar öz qəzəblərini yatızdırarlar.

Qəzəblənmək – ən təhlükəli hallardandır. Əgər boş buraxılarsa, bir növ dəliliyə bənzəyər. Hər kim əsəbini kontrol etməzsə, bir çox cinayətlərə səbəb olmuş olar. Sonra da bir ömür həmin vəziyyətin kəffarəsini verməyə məcbur olar.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, öz qəzəbini yatızdırar, halbuki ona əməl etməyə qüdrəti olar – Allah onun ürəyini rahatlıq və imanla doldurar”.

3. Onlar insanların səhvindən keçərlər.

Qəzəbi yatızdırmaq çox yaxşıdır, ancaq kifayət deyildir. Çünki başqalarının ürəyində olan kin köklərini çıxarda bilməz. İnsanların ürəyində olan kinə son vermək üçün güzəşt əhli olmaq lazımdır. Lakin güzəşt o kəslərə aiddir ki, buna layiqdirlər, düşmənlərə güzəşt etmək olmaz.

4. Onlar – saleh əməl sahibidirlər.

Bu insanlar əfv və güzəştlə yanaşı, həm də xeyir işlər görərlər. İnsanların etdikləri pisliyin qarşılığını yaxşılıqla verərlər. Bu yolla ürəklərdə olan düşmənçiliyi yandırarlar.

Bir gün İmam Səccadın (ə) xidmətçilərindən biri Həzrətin (ə) üzünə və başına su tökürdü. Birdən su qabı əlindən düşür və İmamın (ə) mübarək başını yaralayır. İmam (ə) ona nəzər salır və o, başa düşür ki, İmam (ə) narahat olubdur.

Xidmətçi bu ayəni söyləyir. Və İmam (ə) buyurur: “Mən qəzəbimi yatızdırdım. Mən səni əfv etdim. Mən səni Allah yolunda azad etdim”.

Beləliklə deyə bilərik ki, təqva infaqdan ayrı deyildir. İnfaq səxavət istəyir, nəinki sərvət. Nə rifah halında məhrumlardan qafil olaq, nə də yoxsul vaxtı. Təqva əhli – nəfslərinə hakim olan insanlardırlar. Hər kim Allahın məhbubu olmaq istəyirsə, gərək malının bir hissəsindən keçsin. Və qəzəbini yatızdırmağı bacarsın.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031