Bu insanın fasiləsiz salavat deməsinin səbəbi
Müəllif: Admin
Tarix: 9-02-2019, 22:48
Bu insanın fasiləsiz salavat deməsinin səbəbi
Süfyan Suri nəql edir: “Məkkədə təvaf etməklə məşğul idim. Birdən bir kişini gördüm ki, addımlarını atmamış, salavatı salavatın ardınca deyirdi. Həmin şəxsə dedim: “Niyə təsbih demirsən, ancaq salavat deyirsən?”.

O, məndən soruşdu ki, sən kimsən?

Dedim ki, mənim adım Süfyandır.

Mənə dedi: “Sən qərib olduğun üçün mən öz hekayəmi sənə danışacağam.

Keçən il mən atamla birlikdə Məkkəyə ziyarət üçün gəlmişdik. Atam xəstələndi, elə buradaca vəfat etdi. Vəfatından sonra üzünün rəngi qaraldı, qarnı şişdi, gözləri göyərdi. Mən atamın bu halından çox pis olduğum və ağladım.

Öz-özümə dedim ki, atam qürbətdə vəfat etmişdir, özü də bu hala düşmüşdür. Üstünü paltarımla örtdüm və bu zaman yuxu mənə qələbə çaldı. Yuxuda gözəl və xoş siması olan bir kişini gördüm ki, bahalı libas geyinmişdi.

O, atamın yanına gəldi və əlini onun üzünə və qarnına çəkdi. Bu zaman atamın üzü ağardı və qarnı əvvəlki halına qayıtdı. Mən həmin şəxsin ayaqlarından tutub yalvarmağa başladım ki, sən kimsən?

O, mənə cavab verdi: “Məgər məni tanımırsan? Mən Peyğəmbərəm (s). Sənin atan çox günahlar etmişdir. Ancaq mənə çoxlu salavat göndərdiyi üçün, bu halını görüb, mənə təvəssül etdi. Mən də, mənə çoxlu salavat göndərən şəxsə pənah verərəm”.

Bu zaman yuxudan ayıldım və gördüm ki, atamın üzü ağarmış və qarnı əvvəlki halına qayıtmışdır.

O gündən sonra mən də gecəni və gündüzü davamlı olaraq salavat deyirəm””.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031