Günahları məhv edən, Cəbrailin (ə) "sevimli əməl" adlandırdığı əməl
Mьəllif: admin1
Tarix: 26-04-2018, 10:21
Günahları məhv edən, Cəbrailin (ə) "sevimli əməl" adlandırdığı əməl
“Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və kamil şəkildə onun fərmanına təslim olun.”

“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil fərəcəhum.”

İmam Kazım əleyhis-səlamdan: “Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və fərmanına təslim olun” ayəsində Allahın, mələklərin və mö`minlərin salavatının mə`nası barədə sual oldu.

İmam buyurdu: “Allahın salavat göndərməsi onun tərəfindən bir növ rəhmətdir, mələklərin salavatı Allahın Rəsuluna nisbət onların sitayişidir və mö`minlərin Peyğəmbər üçün onlardan bir duadır.”

İmam Sadiq əleyhis-səlam da bu ayə barədə buyurur: “Peyğəmbərə (səlləllahu əleyhi və alihi) səna (tərif) deyin və ona salam göndərin (ya fərmanına boyun qoyun).

İmam Sadiq (əleyhis-səlam) buyurur:

“Qiyamət günündə Məhəmməd (səlləllahu əleyhi və alihi) və Ali Məhəmmədə salavatdan daha əzizi və daha üstün heç bir əməl yoxdur.”

Əbu Əlqəmə deyir:

Peyğəmbər (səlləllahu əleyhi və alihi) sübh namazından sonra üzünü bizə tutdu və buyurdu:

“Mənim səhabələrim! Dünən gecə əmim Həmzəni (rə) və qardaşım Cəfəri (Təyyarı) yuxuda gördüm və dedim: Ata və anam sizə fəda olsun, hansı əməli yaxşı gördünüz?

Cavab verdilər: Ata və anamız sənə fəda olsun! Biz sənə salavatı susuzu sirab edən və Əli ibn Əbu Talibə (əleyhis-səlam) olan məhəbbəti isə əməllərin ən yaxşısı gördük.”

Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alihi) buyurdu:
Cəbraildən (əleyhis-səlam) soruşdum: Ən sevimli əməl hansıdır?

Cavab verdi:

“Ey Məhəmməd (səlləllahu əleyhi və alihi)! Sizə göndərilən salavat və salam və Əli İbn Əbu Talibə (əleyhis-səlam) olan məhəbbət ən sevimli əməldir.”

Əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) buyurdu:

“Həmişə mələklərdən ibarət bir karvan Allahın əmri ilə aləmdə hərəkətdədirlər. Zikr və salavat deyilən bir məclisə yetişən zaman bir-birinə deyərlər: Yerə enin! Yerə enən zaman məclis əhli ilə dua edən zaman “amin” deməklə və salavat göndərən zaman da salavat göndərməklə yoldaşlıq edərlər və axırda bir-birinə deyərlər: Bu məclis əhlinin xoş halına ki, Allah onları bağışladı!”

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir şey aradan gedən zaman de: “Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd”

Əziz İslam peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər yazdığı vaxtda mənə salavat göndərsə (yazılı salavat) – Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd – o vaxta qədər ki, mənim adım o yazıda gözə dəyir mələklər onun üçün rəhmət və istiğfar (bağışlanma) edərlər.”

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Meraca gedən zaman, gördüm bir mələyin bir milyon əli vardır və hər əlin bir milyon barmağı vardır və hər barmağında bir milyon bəndi vardır.

O mələk dedi: Mən yağan yağışın səhraya və dənizə neçə damla yağdığının hesabını bilirəm, həmçinin xilqətin əvvəlindən indiyə qədər yağan yağışın damlalarının sayını bilirəm, amma bir şey var ki, onu hesablamaqda acizəm.

Buyurdu: “Nədir?”

Ərz etdi: “Sənin ümmətindən bir dəstə camaat birlikdə olub və bir yerdə sənə salavat göndərən bir zamanda salavatın savabını hesablamaqda acizəm.“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil fərəcəhum.”

İmam Rza (əleyhis-səlam) buyurdu:

“Hər kəs günahlarının kəffarəsini (cəriməsini) ödəməyi bacarmasa, gərək Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə çoxlu salavat göndərsin, çünki salavat günahları məhv edir.”

Əziz İslam Peyğəmbərindən (səllaləhu əleyhi və alihi) rəvayət olmuşdur ki, buyurur:

“Mənə çoxlu salavat göndərin. Niyə ki, mənə salavat göndərmək, salavat göndərən üçün qəbrdə bir nurdur, siratın üstündə bir nurdur və behiştdə bir nurdur.”

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Qiyamət günündə mənə ən yaxın şəxs mənə çoxlu salavat göndərən şəxs olacaqdır.”

LAKİN...

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər mənə salavat göndərsə, lakin mənim Əhli-Beyimə salavat göndərməsə behiştin iyini dadmayacaqdır.”


(İslamazeri)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930