Sahib əz-zəman İmam Məhdinin (ə.f) möcüzələri
Mьəllif: admin1
Tarix: 17-03-2017, 22:38
 Sahib əz-zəman İmam Məhdinin (ə.f) möcüzələri
Əllameyi Məclisi deyir: Atam mənə deyirdi ki, bizim zamanımızda Əmir İshaq Əstərabadi adlı şərif bir kişi var idi. O qırx dəfə piyada Məkkəyə getmişdi və camaat arasında Teyyül-ərz etməklə məşhur olmuşdu.
O, bir ili İsfahana gəldi. Mən onun yanına gedib, teyyül-ərz sahibi olduğu haqda ondan sual etdim. O mənə belə cavab verdi: Bunun səbəbi budur ki, bir dəfə hacılarla birlikdə Məkkəyə gedirdim. Məkkəyə 7 ya 9 mənzil qalmış mən karvandan dala qaldım. Artıq onları görmədim. Acıb susuzladım. Öz həyatımdan məyus oldum. Bu zaman dedim:***
Ey Əba Saleh (İmam Zaman) mənə yol göstər. Allah sizi rəhm etsin. Bu zaman uzaqdan bir qaraltı göründü. O, tez bir vaxtda mənə yaxınlaşdı. Onun gözəl bir cavan, buğdayi surətli və yaxşı bir insan olduğunu gördüm. Onun yanında su da var idi. Ona salam verdim. Cavabımı verib, susuzsan dedi:
Dedim: Bəli, O sudan bir qab mənə verdi. Onu içdikdən sonra dedi: Karvana yetişmək istəyirsən?
Bəli, deyə cavab verdim. Məni özü mindiyi dəvənin arxasına mindirib Məkkəyə tərəf yola düşdü. Mənim adətim idi, hər gün «Hirzi-yəmani» duası oxuyurdum. Duanı oxumağa məşğul oldum. Duanın bəzi yerlərini necə oxumağı deyirdi. Qısa bir müddətdən sonra dedi: Buranı tanıyırsan?
Baxıb özümü Məkkədə gördüm.
Sonra buyurdu: Aşağı en. Mən yerə düşdükdə o qeybə çəkildi. Elə bu zaman onun İmam Zaman olduğunu anladım və onu tanımadığım üçün peşman oldum. Bizim karvan yeddi gündən sonra Məkkəyə çatdı. Məni orda görüb təəccüb etdilər. Elə o zamandan bəri «Təyyül-ərz» ləqəbini qazanmışam.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930