İmam Əlinin (ə) şiəsi olmağı arzu edən ulul-əzm peyğəmbər
Mьəllif: admin1
Tarix: 13-12-2016, 22:01
İmam Əlinin (ə) şiəsi olmağı arzu edən ulul-əzm peyğəmbər

İlahi, məni də Əli ibn Əbu Talibin (ə) şiələrindən et.
Səhabələrdən bir qrupu Rəsuli-əkrəmlə (s) birlikdə oturmuşdu. Həzrət onlara merac hadisəsini izah edərək buyurdu: O gecə məni səmaya tərəf meraca apardılar. Üçüncü göyə çatanda mənim üçün minbər qurdular və mən minbərə çıxdım. İbrahim (ə) ərşin aşağı pilləsində və digər peyğəmbərlər də ondan aşağıdakı pillələrdə dayandılar...
Birdən Əli (ə) zahir oldu. O, nurdan olan bir dəvəyə minmişdi, siması 14 gecəlik ay kimi parlayırdı və bir dəstə parlaq ulduz onun dövrəsində idi.
Bu vaxt İbrahim (ə) mənə dedi: Bu nurlu simada görünən hansı böyük peyğəmbər, ya hansı müqərrəb mələkdir?
Ona dedim: Bu nə peyğəmbərdir, nə də mələk. Bu, mənim qardaşım, əmim oğlu, kürəkənim və elmimin varisi Əli ibn Əbu Talibdir (ə).
İbrahim (ə) soruşdu: Onun dövrəsinə toplananlar kimlərdir?
Dedim: Onlar Əli ibn Əbi Talibin (ə) şiələridir.
Onların əzəmətini görən həzrət İbrahim (ə), Əlinin (ə) şiələrindən olmaq istədi. Allaha ərz etdi: İlahi, məni də Əli ibn Əbu Talibin (ə) şiələrindən et.
Sonra Rəsuli-əkrəm (s) səhabələrinə buyurdu: Məndən öncəki peyğəmbərlərə salavat göndərmək istədikdə, əvvəl mənə salavat göndərin, sonra onlara. Ancaq İbrahimə (ə) salavat göndərmək istədikdə əvvəl ona, sonra mənə salavat göndərin.
Səhabələr soruşdu: Ey Allahın elçisi! Bunun səbəbi nədir?
Peyğəmbər (s) buyurdu: Çünki İbrahim, Əlinin (ə) şiələrindən olmağı arzu edirdi.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031