Allah məni ac qoymaz
Mьəllif: admin1
Tarix: 8-12-2017, 21:34
Allah məni ac qoymaz
Şeyx Fəth Mosuli nəql edir: “Səhrada bir yeniyetmə gördüm ki, hələ həddi-büluğ yaşına çatmamışdı. O, davamlı olaraq zikr deyirdi. Ona salam verdim və o, da cavabını verdi.
Soruşdum ki, hara gedirsən?
Dedi: Beytul-hərəmin ziyarətinə.
Dedim: Hansı zikri deyirsən?
Dedi: Quran oxuyuram.
Dedim: Sən hələ təklif yaşına çatmamısan. Niyə özünə əziyyət verirsən?
Dedi: Mən öz gözlərimlə görürəm ki, məndən kiçiklər ölümü dadırlar.
Dedim: Addımların çox qısadır, gedəcəyin məqsəd isə uzundur.
Dedi: Mənim vəzifəm – getməkdir, Allahın işidir məni məqsədimə çatdırmaq.
Dedim: Sənin yanında azuqə görmürəm.
Dedi: Mənim azuqəm – yəqinim və miniyim – ayaqlarımdır.
Dedim: Çörəyi, suyu soruşuram.
Dedi: Heç görmüsən ki, kimsə səni qonaq çağırsın və sən də yeməyini özünlə aparasan? Allahım məni bu ziyarətə dəvət etmişdir və azuqəmi özümlə götürməyimə ehtiyac yoxdur. Məgər Allahım məni ac qoyacaqdır?
Dedim: Xeyr. Sonra mənim nəzərimdən qaib oldu və getdi.
Onu Məkkədə təvaf edən halda gördüm və mənə dedi: “Ey Şeyx! Şəkkin aradan getdimi?”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930