Ruhun təkamülü üçün cisimlə bağlı hansı tövsiyələr var?
Mьəllif: admin1
Tarix: 9-10-2018, 09:54
Ruhun təkamülü üçün cisimlə bağlı hansı tövsiyələr var?
“Nəhcül-bəlağə” kitabına nəzər salan zaman onu başdan-ayağa hikmət və əxlaq kitabı kimi görürük. Bu kitab bəyan edir ki, əxlaq nədir və əxlaqa aid olan bütün məsələlərə aid agahdır.

Əxlaq elmində bu məsələ vardır ki, əgər fəzilətli mələkəyə malik olmaq istəyirsənsə, gərək zəhmət çəkəsən və rəzil sifətləri özündən uzaqlaşdırasan. Ona görə də cismi ləzzətlərdən belə çəkinməli və bu yolla ruhu kamala çata bilərik.

Əgər fazil bir sifət əldə etmək istəyiriksə, misal üçün: ədalət, səxavət sifətlərini əldə etmək istəyiriksə, gərək bir müddət nəfsimizə təzyiq göstərək və islah etməyə çalışaq.

Şəhvətdən çəkinək, rahatlıq və ləzzətləri azaldaq ki, ruhumuzda fazil sifətlərin əməl gəlməsi üçün zəminə hazır olsun. Bacardığınız qədər nəfsani istəkləri azaldın ki, bu yolla rəzil sifətlər sizi tərk etsin. Hər nə qədər azaltsanız, bir o qədər çox fazil sifətlər əldə edərsiniz.

İmam Əli (ə) buyurur: “Cəsədlərinizdən azaldın və ruh və nəfsinizə minnət qoyun və onu kamala çatdırın”.

İmamın (ə) bu nurani kəlamı əxlaq elminin mühüm mövzularındandır. “Ey o insan ki, ucalmaq istəyirsən, ruhun təkamül və təala yolu odur ki, gərək cəsəddən alıb, ruhunu artırasan”.

Başqa sözlə desək, əgər insan ruhunun tərəqqi etməsini istəyirsə, gərək bədininə çətinlik versin. Misal gətirirlər ki, insanın ruhu və cismi bir tərəziyə bənzəyir ki, hər biri tərəzinin bir tərəfidir. Əgər bir tərəf aşağı enərsə, o biri tərəf yuxarı qalxar. Əgər bədənimizə təzyiq göstərsək, ruhumuz ucalar.

Lakin İslam dini bədənə edilən hər bir əziyyəti və təzyiqi sevmir. Misal üçün, yoqaların bədənlərinə etdikləri o əziyyətləri bəyənmir. Buyurur ki, bir müsəlman gərək nəfsini təqva ilə islah etsin. Yəni, İslam dini hər bir əziyyəti sevmir, xüsusi əziyyətləri sevir: haramları tərk etmək, məkruhları tərk etmək kimi.

İmam Əli (ə) buyurur: “Bədən və nəfsi gərək təqva ilə islah edəsən ki, insan kamal məqamını əldə edə bilsin”.

Bu yolda İmam (ə) bizlərə səbirdən, rəhmətdən yardım almağı, təkəbbür, həsəd və xəsislikdən uzaq olmağı tövsiyə edir.

Allah bizlərə də hüsnü əxlaq əldə etməyi nəsib etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930