Ayətullah Behcət: “Əgər kamala çatmağımızı istəyiriksə, gərək Allahın dostu olaq”
Mьəllif: admin1
Tarix: 12-01-2018, 13:40
Ayətullah Behcət: “Əgər kamala çatmağımızı istəyiriksə, gərək Allahın dostu olaq”
Ayətullah Behcet Əhli-beyt (ə) məktəbinin böyük alimlərindən olmuşdur ki, bizlərə bəzi nəsihətləri vardır.

Alim buyurur: “Xəlq dedikdə übudiyyət nəzərdə tutulur. Übudiyyət isə etiqadda günahı tərk etməklədir, həm ürəkdə və həm də bədən üzvləri ilə. Günahı tərk etmək üçün mələkəyə çevrilməsi lazımdır. Davamlı olaraq nəzarət edərək, Allahı hər bir halda və məkanda yada salaraq, bunu etmək mümkündür.

Biz İmam Zaman ağanı (ə.f) çox istəyirik. Çünki bizim Əmirimizdir. İşlərimizin hamısı onun vasitəsilə bizə çatır. Onu Peyğəmbər (s) bizim üçün əmir qərar vermişdir. Peyğəmbəri (s) çox istəyirik. Çünki onu Allah Özü ilə bizim aramızda vasitə qərar vermişdir. Allahı sevirik. Çünki bütün xeyirlərin mənbəyidir. Əgər kamala çatmağımızı istəyiriksə, gərək Allahın dostu olaq. Əgər Allahın dostu olsaq, gərək Peyğəmbər (s) və Vəsisinin (ə) dostu olaq. Əks halda ya özümüzün dostu deyilik, ya da feyz vasitələrinin dostu deyilik. Ona görə də saədətə çatmaq Allahı yada salaraq olar.

1. Hər kəs bildiyinə əməl etsin, Allah bilmədiyinin elmini ona öyrədər. Hər kim bildiyinə əməl edərsə, bilmədikləri ona kifayət edər. “O kəslər ki, Allah yolunda cihad edər, onları öz yolumuza hidayət edərik”. Bildiklərinizə əməl edin, bilmədiklərinizdən ehtiyat edin ki, aydın olsun.

2. Nəsihət adətən cüzi məsələlərdə olur, moizə isə daha geniş. Tanınmayan insanlar bir-birinə nəsihət verməz.

3. Hamınız bilirsiniz ki, risaləni oxumaq, başa düşmək və əməl etmək lazımdır. Halal və haramı onunla müəyyən edəsiniz. Ona görə də deyə bilməzsiniz ki, biz bilmirik nə edək və nə etməyək.

4. O kəsə ki, əqidəniz var, onların əməllərinə nəzər salın. Etdiklərinizi iradəvi edin. Etmədiklərinizi iradəvi etməyin. Bu yol - ali məqsədlərə çatmaq üçündür.

5. Quranı hər gün oxumaq, təqibatları etmək, məsciddə çoxlu olmaq, alimləri ziyarət etmək və onlarla yoldaş olmaq. Hər gün bəsirətin artmasına diqqət edin, ibadət, tilavət və ziyarətlə yaxın olun.

6. Etiqad və əməldə günahı tərk etmək, insanı başqasından ehtiyacsız edər. Yəni, başqaları ona möhtac olar, o, möhtac olmaz. Übudiyyət əqidə və əməldə günahı tərk etməkdir. Bəziləri güman edir ki, günahı tərk ediblər. Lakin ondan qafildirlər ki, günah ancaq kəbirə olan zaman günah deyildir, bəlkə səğirə olan zaman da günahdır. Misal üçün, itaətində olana tünd baxmaq, qorxutmaq kimi, günahkara gülümsəmək kimi.

Alimlərdən uzaq olmaq səbəb olar ki, din oğruları fürsəti qənimət bilsinlər. İmanlarını əllərindən alsınlar. Günahı tərk etməyi mələkə edin. Necə ki, susuz insan zəhəri içməz və ac insan meyiti yeməz”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930