İrfani mərifəti əldə etmək yolunda maneələri necə aradan qaldırmaq?
Mьəllif: admin1
Tarix: 8-12-2021, 21:46
İrfani mərifəti əldə etmək yolunda maneələri necə aradan qaldırmaq?
Allah yolunun yolçusuna mane olan ən böyük amil – dünya sevgisidir.

Bu yolun yolçusu gərək ilk mərhələdə zahidlik məqamını kəsb edə bilsin. Zahidlik dünya zinətlərinə qarşı laqeyd olmaqdır.

Yəni, zahid həm dünyaya və həm də onun bər-bəzəyinə qarşı laqeyd olar.

Lakin bu yolda gərək səhv nəticə çıxartmasın. Belə ki, halal ruzisini qazanmalı və ictimai vəzifələrini yerinə yetirməlidir.

Zahidlik o deməkdir ki, bu salik (Allah yolunun yolçusu) ürəkdən dünyaya bağlanmasın.

“(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23).

Əldən getmiş mal və dövlətə görə qüssə yemək və ya sərvət əldə etmək üçün hərislik etmək – saliki qəflətə salar.

Həqiqi salik gərək ürəyini bu kimi şeylərdən paklasın, əks halda ürəyi dünyaya bağlandığı üçün inkişaf edə bilməz və mənəviyyat dənizində üzə bilməz.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “İnsan imanın şirinliyini dadmaz, məgər o halda ki, dünya malından istifadə etməyə qarşı əhəmiyyətsiz olar”.

O kəs ki, davamlı olaraq ancaq yeyəcəklərini və geyəcəklərini düşünər, ən az çətinliyə düşən zaman əsəbləşər – ürfani məqama qalxa bilməz.

İmam Sadiq (ə) buyurur: “Bütün xeyirlər bir evdə qərar tutmuşdur və o evin açarı – dünyada zahidlikdir”.

Əgər inansaq ki, dünyaya olan sevgi və bağlanmaq hər bir səhvin və günahın əsasını təşkil edir, bu zaman zahidlik məqamının əhəmiyyətini başa düşərik.

Bəziləri zahidliyin həqiqi mənasını dərk etmədiklərinə görə cəmiyyətdən uzaqlaşır və inzivaya çəkilərlər.

Bütün ictimai və iqtisadi xidmətlərdən boyun qaçırır və ailəsindən uzaqlaşır.

Halbuki, salik həm bu işləri görməli və həm də Allaha yaxınlaşmalıdır. Həzrət Peyğəmbər (s) və İmam Əli (ə) kimi.

Salikə mane olan başqa bir amil tələsməkdir. Salik bilməlidir ki, kamal yolunda tələsmək – əbəs bir işdir.

Salikin tələsməsi nəinki onu məqsədinə tez çatdırmaz, bəlkə səbəb olar ki, nəfsi seyr yolundan geri qalsın.

Salik bu yolda səbirli olarsa, müsbət nəticə əldə edə bilər. “Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş cənnətlə müjdə olsun sizə!»”. (“Fussilət” 30).

Salik bilməlidir ki, yüzillik yolu yüz ildə gedə bilər, bir gecədə deyil. Ona görə də salik nəfsini tərbiyə etməli və mətanətli olmalıdır.
Salikə mane olan başqa bir amil – batinində olan bəzi rəzil sifətlərdir: təkəbbür, lovğalıq, paxıllıq, kin, həsəd kimi.

Bu əxlaq rəzillikləri salikə mane olar ki, İlahi feyzdən bəhrələnsin. Bu sifətlər salikə mane olar ki, ürfani məqama çata bilsin.

Elə bu yerdə ürfan elmi ilə əxlaq elmi birləşər və salikin özünü tərbiyə etməsi və nəfsini islah etməsi əhəmiyyət kəsb edər.

İslam əxlaqında rəzil sifətlərindən ona görə xilas olmaq istəyirik ki, ali insani məqama çata bilək. Lakin ürfanda bütün bu yolu ona görə gedirik ki, şühud mərifətinə çata bilək.

Beləliklə, deyə bilərik ki, salikə seyr yolunda mane olan amillər – dünya sevgisi, tələsməsi və rəzil əxlaqi sifətlərə malik olmasıdır.

Əgər bunlardan xilas ola bilərsə, ürfani mərifəti əldə edə bilər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930