Qurani-Kərimdə Həzrət Yusif (ə) və Züleyxa dastanı – bütün dövrlər üçün yaxşı ilə pisin müqayisəsi
Mьəllif: admin1
Tarix: 9-06-2021, 10:13
Qurani-Kərimdə Həzrət Yusif (ə) və Züleyxa dastanı – bütün dövrlər üçün yaxşı ilə pisin müqayisəsi
İnsanın iki tərəfi vardır: yaxşılıqlara olan meyli, pisliklərə olan meyli. Kamal və yaxşılıqlara meyl hər bir pak fitrətdə mövcuddur.

Ayətullah Məzahiri əxlaq dərsində bizlərə elə bir örnəyi təsvir edir ki, onun köməyi ilə meyllərimizi əzib, şeytanın yollarını bağlaya bilərik.

Alim buyurur ki, insanın özünütərbiyəsi üçün ən uğurlu müqayisə - Züleyxa ilə Yusifi müqayisə etməkdir.

Züleyxa elə bir qadın idi ki, hər hansı bir qadının bütün istədikləri onda var idi. Cavanlığı, gözəlliyi, mal və sərvəti, məqamı. Bir şeyi yox idi ki, bu da insan olmaması idi. Züleyxa öz əli ilə özünü elə alçaltdı ki, əgər bütün dünya yığılsa və kimisə zəlil etmək istəsə idi, bu qədər zəlil edə bilməzdi.

Ancaq Yusifin (ə) bir kişiyə lazım olan hər şeyi yox idi. Hətta özü belə, özünə sahib deyildi. Paxıl qardaşları onu satdılar, onu öldürmək istədilər.

Yusifin (ə) malı və vəzifəsi yox idi. Hətta özü belə, Züleyxanın malı idi. Ancaq bir şeyi var idi ki, bu da insan olmağı və iffəti idi.

Yusifin (ə) insan olması onu elə bir yerə çatdırdı ki, əgər dünya cəm olsa və kimisə bu qədər əziz etmək istəsə idi, Yusif (ə) qədər bacarmazdı.

Ona görə də əgər cavanlar həyatda bir yerə çatmaq istəyirlərsə, gərək Yusif (ə) kimi rəftar etsinlər.

Əllamə Təbatəbai "Əl-Mizan” kitabında buyurur: "Yusifin (ə) günah etməsi üçün 24 zəminə var idi ki, əgər bu zəminələrdən biri, başqa biri üçün olsaydı, günah etməməsi uzaq olardı.

Lakin bu 24 zəminəyə baxmayaraq, Yusif (ə) qaçır. O iffətsiz qadın da onun ardınca düşür. Ancaq Yusif (ə) elə bir məqama çatır ki, səltənətdə söz sahibi olur, atasını öz yerində əyləşdirir və sonra da qardaşları bir yerdə ona səcdə edirlər.

Qurani-Kərim Yusifin (ə) dilindən buyurur: "Atacan! Bu, sənin yuxunun yozumudur”.

Cavanlar gərək rəzil sifətlərin qarşısında Yusif (ə) kimi dayansınlar və müqavimət göstərsinlər. Qurani-Kərim qardaşlarının paxıllığını misal çəkir, təkəbbürü, israfı, qadınların təmtəraq sevməsini misal çəkir. Bütün rəzil sifətlər belədirlər.

O ki, deyirlər ki, bir saat təfəkkür etmək birillik ibadətdən üstündür – ona görədir ki, təfəkkür etmək çətin bir işdir.

Müqəddəs Quran insan tərbiyə etmək üçün ən yaxşı vasitədir. Əgər onu həyatımızın sərlövhəsi qərar versək, bizim bir çox yanlış meyllərimiz düzələr. Ona görə də deyə bilərik ki, Həzrət Yusifin (ə) dastanı rəzil sifətlərlə mübarizə aparmaq üçün ən yaxşı dastandır.

Allah Təala Quranda buyurur: "Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).

Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir. Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır! Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!”. ("Şəms” 7-10).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930