Mömin bir insan başqaları ilə necə rəftar etməlidir?
Mьəllif: admin1
Tarix: 6-03-2024, 11:05
Mömin bir insan başqaları ilə necə rəftar etməlidir?

Mömin başqa insanlar qarşısında gərək bu rəftarlara riayət etsin:

1. Layiqli rəftar və gözəl əxlaq. İmam Səccadın (ə) verdiyi tövsiyələrə görə, mömin gərək:

- xəstələri ziyarət etsin,

- sülh içində olsun,

- qeybət etməsin və dini qardaşının abrını qorusun,

- borc verməyi bacarsın,

- din qardaşlarına yardım etsin,

- əmr-be-məruf və nəhy-əz-munkər etsin,

- çətinlikləri həll edə bilsin,

- şəhadəti və andı qəbul etsin...

Məsumlarımız (ə) bizə həmişə əxlaqlı olmağı tövsiyə etmişdilər. Özləri də hamıdan çox buyurduqlarına əməl etmişdilər. Qurani-Kərimdə gözəl əxlaq sahibləri həmişə mədh olunmuşdur. Gözəl əxlaq – kamil iman, kamil din kimi, Peyğəmbərin (s) müvəffəqiyyət rəmzi kimi tanıdılmışdır.

Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, gözəl əxlaq nədir? İmam (ə) buyurur: “Gözəl əxlaq odur ki, insanlarla təvazökarcasına rəftar edəsən, sözlərin pakizə olsun, din qardaşlarınızla gülərüzlə görüşəsəniz”.

2. Bacadığınız qədər başqalarına yardım etmək. Həmişə bu həqiqətə diqqət edin ki, İslam cəmiyyəti bir bədən kimidir və İlahi ruh ona daxil olmuşdur. Bu bədəndən əgər bir üzv xəstələnərsə, bədənin başqa üzvlərinin hüzuru pozular.

Əgər bir üzvün yardıma ethiyacı olsa, başqa üzvlər ona yardım edər. Əgər bir üzvdə nöqsan yaranarsa, başqa üzvlər onu aradan qaldırmaq üçün hazır olarlar. Əgər bir cəmiyyətin bütün üzvləri bu məsuliyyəti dərk edə bilsələr, bu cür cəmiyyət həqiqətən behiştlik olar.

İslam dini bu cür cəmiyyəti qurmağa səy göstərir. Ona görə də hər kəsi bacardığı qədər başqalarına yarıdm etməyə dəvət edir.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü mənə ən yaxın olan insan o kəslərdir ki, danışıqlarında – doğru danışan, əmanətdarlıqlarında – möhkəm, əhdlərində - vəfadar, əxlaqda – gözəl və insanlara qarşı xidmət edəndirlər”.

3. Qardaşlıq rabitəsi qurmaq. Qardaşlıq və səmimiyyət elə bir nemətdir ki, ürəkləri bir-birinə bağlayar, münaqişəni aradan aparar və insanlara hüzuru ərməğan gətirər.

Allah Təala Quranda buyurur: “Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz”. (“Ali-İmran” 103).

Həzrət Peyğəmbər (s) buyurur: “İki iman qardaşının məsəli – iki əl kimidir ki, biri o birisinə yardım edər”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930