Ən yaxşı tövbə üsulu
Mьəllif: admin1
Tarix: 31-01-2021, 21:53
Ən yaxşı tövbə üsulu
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحًا عَسَىٰ رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

"Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil etsin.

Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim, 8).

İzah: Qeyd edildiyi kimi, tövbənin mərhələləri və mərtəbələri vardır. Onların ən üstünü peyğəmbərlərə və Allahın saleh övliyalarına aiddir.

Tövbənin ən yaxşı metodu bu ayədə işarə olunan “Nəsuh” tövbədir. Nəsuh tövbə o tövbədir ki, bəndə bir daha günah haqqında düşünmür, onun zahiri və batini günaha nifrətinə şahid oluruq.

Hədis: İmam Əlidən (ə) soruşdular: “Nəsuh tövbə nədir?” Buyurdu: “Qəlblə peşman olmaq, dillə istiğfar etmək və bir daha günah etməməyi qət etmək.” (Tuhəful-üqul, səh. 210).
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31