TÖVBƏNİN MƏRTƏBƏLƏRİ
Mьəllif: admin1
Tarix: 12-11-2021, 10:46
TÖVBƏNİN MƏRTƏBƏLƏRİ
Bir şəxs İmam Əlinin (ə) hüzurunda özünü göstərmək üçün dedi:
(Allahdan bağışlanmaq istəyirəm.)

İmam Əli (ə) buyurdu: Anan matəminə otursun! Bilirsənmi, istiğfar təkcə dildə deməklə deyil. Onun yüksək mərhələsi var. (Sonra buyurdu:) Tövbə və istiğfarın altı şərti var:

1. «Keçmiş günahlardan peşman olmaq».

2. «Günahları tərk etməyi qərara almaq».

3. «Camaatın haqqını yeyibsə onları qaytarmaq».

4. «Allahın onun boynuna qoyduğu vəzifələri yerinə yetirmək». (Namaz qılmaq, oruc tutmaq kimi).

5 «Bədəninin haram maldan əmələ gələn ətlərini ibadətlə əritmək».

6. «İnsanın bədəni günahın ləzzətini çəkdiyi kimi ibadətin çətinliyini də dadsın».

Bu mərhələlərdən sonra “اَسْتَغْفِرُ الله” Allahdan bağışlanmaq istəyirəm deyə bilərsən».

İmam Səccad (ə) buyurur: «Tövbə etmək təkcə dildə deyil; tövbə pis yollardan çəkilib yaxşı işlər görməkdən ibarətdir».

Bununla da tövbənin qəbul olunmasının şərtlərini öyrəndik ki, günahı tərk etməkdən və günahlardan peşman olmaqdan əlavə, günahkar şəxs etdiyi günahların əvəzini də çıxmalıdır.

Misal üçün: Quranda oxuyuruq: «İffətli qadına böhtan atan şəxsə 80 zərbə şallaq vurulmalıdır.»

Sonra Quran buyurur: «(Bu qanundan) o kəslər istisna olunurlar ki, bundan (böhtan atdıqdan) sonra tövbə edib işlərini düzəltsinlər». («Nur» surəsi, ayə 5.)

Bu ayədə «وَاَصْلَحُوا» (işlərini düzəltsinlər) cümləsi onu bildirir ki, tövbənin qəbul olunmasının mühüm şərtlərindən biri də budur ki, insan tövbə etdikdən sonra keçmiş səhvlərini düzəltsin və yaxşı işlərlə məşğul olsun.

Xalis tövbənin şərtlərindən biri də günahkar şəxsin etdiyi günahları etiraf etməsidir.

İmam Baqir (ə) buyurur: «Allaha and olsun, günahı etiraf etmədən günahdan qurtuluş yoxdur».

İmam Əli (ə) buyurur: «Günahını etiraf edən şəxs tövbə etmiş kimidir».


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930