Quranın bizdən istədiyi xalis tövbə hansıdır?
Mьəllif: admin1
Tarix: 28-06-2021, 23:40
Quranın bizdən istədiyi xalis tövbə hansıdır?
Tövbə Allah Təalanın insanlara bir lütfüdür. Allah tövbə vasitəsi ilə öz rəhmət və mərhəmətini bəndəsinə şamil edir.Sankı bəndəyə rəhm edib onu cəzalandırmağa tələsmir, elə bil ona bir daha şans verir. Bu ilahi rəhmətdir. İmam Baqir (ə) buyurur:

“And olsun Allaha! Mütəal Allah insandan iki xislətdən başqa bir şey istəmir: Nemətləri iqrar etsin ki, ona olan nemətlərini artırsın və günahlarını etiraf etsin ki, (bağışlanma diləsin) onları bağışlasın.

(Muşkatul-ənvar 110)

İmamın (ə) bu kəlamı tövbənin əvəzsiz bir ilahı rəhmət, ilahi nemət olduğunu təsdiq edir. Günah və xəta insan övladının xilqətindəndir. Yəni insan ixtiyar sahibi və düşüncəsində sərbəst olduğu müddətcə onun xəta etməsi və səhv əməlləri olacaqdır (xass bəndələrdən başqa). Önəmli olan odur ki, insan nəticə çıxarmağı bacarsın. Bu nəticə çıxarma öz əməllərindən, yaxud da başqalarının əməllərindən ibrət almaqla özünü göstərir.

Qurani Kərim insandan qətiyyətli və iradəsi möhkəm olmağı tələb edir. Fərqi yoxdur bu qətiyyət ya tövbə kimi Allahla əhd bağlamaqda olsun, yaxud digər işlərində olsun. Quranda buyurulur:

““Ey iman gətirənlər, Allaha – nəsuh (xalis) bir tövbə edin!” (Təhrim-8)

Allah Təala Quranda bizdən “nəsuh” tövbəsi istəyir. Bu kəlmə Quarana aid bir termindir. Tərcümədə xalis kimi tərcümə olunur. Lakin bununla belə bu kəlmə öz tam dolğun mənasını ifadə etmir.

Ola bilsin bir kəs etdiyi işi bir daha etməsin. Yaxud edə bilməsin. Bu heç də nəsuh tövbəyə nail olmaq deyildir. Əsl tövbə insanın daxilində inqilabın baş verməsidir.

İnsanın etdiyi əməlindən və özündən xəcalət çəkməsidir. İnsan etdiyi günahı və pis əməli tərk etsə belə, həmin əməl müqabilində Allah qarşısında, öz vicdanı qarşısında hesab verib, daxilində peşmanlığ inqilabı baş verməzsə həqiqi nəsuh tövbəsinə yetişməmişdir demək.

Tövbə etmək laiq olmayan bir işi tərk edib, Allaha doğru dönmək deməkdir. Tövbə etmək, daxildə inqilabın baş verməsi deməkdir!

(İstifadə olunmuş mənbə- Mehr təfsiri)



(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930