İlahi tövbənin gözəl şəkildə izahı şəhid Mütəhhərinin dili ilə
Mьəllif: admin1
Tarix: 26-06-2018, 12:02
İlahi tövbənin gözəl şəkildə izahı şəhid Mütəhhərinin dili ilə
Adəm övladı hesab olunan insan bu dünyada mübarizə meydadındadır. O daima yaşam mücadiləsi verir. Lakin bundan da ən çətin mübarizəsi nəfsi ilə mübarizəsidir.

İnsanlar mənəvi və ruhi gücündən aslı olaraq günahlar qarşısında müxtəlif şəkillərdə dayana bilirlər. Bu səbəbdən Alahın xüsusi mənəvi paklığ bəxş etdiyi kəslərdən başqa bütün insanlar müxtəlif günahlara mürtəkib olurlar.

Lakin bununla belə Allahın rəhmət və məğfirət qapısı daima bəndələrinin üzünə açıqdır. Bu qapı tövbə qapısıdır!

Qurani Kərim insanları daim bu qapıya doğru səsləyir, onlardan həqiqi tövbə etmələrini istəyir:

“Ey iman gətirənlər, Allaha nəsuh - (xalis) bir tövbə edin!” (Təhrim-8)

İnsanda tövbə əlaməti müxtəlif şəkildə zahir olur. Məsələn dil ilə xatırlaması, etdiyi səhvin yerini pərpa etmək və yaxud qəlbinin dərinliyində özünü danlayacaq qədərində peşmançılıq hissi keçirmək kimi formaları xatırlatmaq olar.

Lakin hədislər və İslam alimlərinin göstərişləri budur ki, bu saydıqlarımız hamısı eyni zamanda cəm şəkildə insanda zahir olmuş olsun. Ustad Murtəza Mütəhhəri həqiqi tövbə etməyi qısa bir cümlədə gözəl şəkildə belə bəyan edir:

“Tövbə bu demək deyil ki, təkcə dilimizlə -əstəğfirullah deyək!

Tövbə insanın ruhani bir halıdır. Dillə demək nəinki tövbənin özü, əksinə insan ruhiyyəsində baş verən inqilabı halətin ləfzlə (sözlə) bəyanıdır.” (Azadi mənəvi-114)



(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930