Qurani Kərimdən bir gözəl dua nümunəsi – Təhrim 8
Mьəllif: admin1
Tarix: 13-02-2021, 22:00
Qurani Kərimdən bir gözəl dua nümunəsi – Təhrim 8
Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhməti, hidayətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur

Qurani Kərim həm maarifləndirici, həm də ruha qida verən bir kitabdır. Bu ilahi kitabın maarifləndirmə xüsusiyyətlərindən biri də insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir.

Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. İnsan dua ilə həm özünü, həm də rəbbini tanıyır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

Quranın dua ədəbini öyrədən, insana rəbbini tanıdan, insana öz kiçikliyini və möhtaclığını etiraf etdirən ayələrdən biri də Təhrim surəsinin 8-ci ayəsidir. Ayədə mömin bəndənin dilindən belə buyrulur:

رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

Rəbbənə ətmim lənə nurənə, vəğ-fir lənə. İnnəkə alə kulli şeyin qədir!

Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!

Ayə sanki möminlərin dilindən deyilmiş bir duadır. Allah Təala qiyamətdə, cənnətdə möminlərin belə deyəcəklərini, Allahdan nur və bağışlanma istətəcəklərini buyurur.

Ayənin məzmununa əsasən Allah belə deyənləri və Peyğəmbərlə (s) birgə olanları xəcil etməyəcəyinə vədə verir.

Bu sanki möminlərə yol göstərmək mənasındadır. Yəni dünya və axirətdə nicat tapmağın yolu Peyğəmbərlə (s) birgə olmaq, onun (s) yolunda olmaq, Allahdan dua ilə tam nur və bağışlanma diləməklə bu yolda sabit qədəm və müvəffəq olmaqdır. Çünki nsanı zülmətdən aydınlığa çıxaracaq yeganə nur Allahın nurudur (rəhmətidir).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930