Quranda Bəni-İsrailə vəd edilən və mələklərin gətirdiyi sirli “Tabut” nədir?
Mьəllif: admin1
Tarix: 25-06-2018, 11:24
Quranda Bəni-İsrailə vəd edilən və mələklərin gətirdiyi sirli “Tabut” nədir?
Quranın ecazkar gözəlliklərindən biri də həm tarixi, həm də ibratamiz hadisələri əsrarəngiz şəkildə bəyan etməsidir. Bu tarixi və maraqdoğuracaq hadisələrdən biri də Bəni-İsrail qövmünün “Tabut” əhvalatıdır. Quran həmin kiçik sandığı “tabut” ifadəsi ilə bəyan edir.

Bəqərə surəsinin 248-ci ayəsində bu barədə buyrulur:

“ (İsrail övladının) peyğəmbəri onlara dedi: (Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mənəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər (Musanın əsası, Tövratın bəzi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsbit edən) qəti dəlil vardır. “

“Nur-Təfsir”-ində Bəni-İsrailin əlində həmin tabut (sandıq) barəsində qeyd olunur ki, həmin sandıq onlara Hz.Musadan (ə) qalmışdı. Bu o sandıq idiki anası Musa (ə) peyğəmbəri onun içinə qoyub Nil çayına buraxmışdı. Musa (ə) sarayda yaşadıöı müddətdə sandığı da özü ilə qoruyurmuş. Sonralar Musa (ə) nazil olan Tövrat ayələrini onun içində gizlədirmiş.

Musa (ə) dünyasını dəyişməyə yaxın nazil olan Tövrat yazılarını, əsasını və Allah dərgahından nazil olan bəzi əşyaları həmin sandığın içinə qoyub vəsisi Yuşa ibn Nuna əmanət edir.

Sonralar Bəni-İsrail peyğəmbərləri bu əmanəti qoruyaraq bir-birinə ötürür. Hətta döyüşlərdə Bəni-İsrail bu sandığı döyüş meydadına gətirir və qələbə çalırdılar. Lakin Bəni-İsrail içində çoxalan münafiqlərin xəyanət və nifaqları bu sandığın müqəddəslik ehtiramını aradan aparır. Nəticədə sandıq başqa tayfanın əlinə keçir. Bəni-İsrail illərlə həmin sandığın həsrətində olur və onu geri qaytarmaq üçün cəhdlər edirlər.

“Təfsiri-Əyyaş”-da İmam Rzadan (ə) nəq olunan hədisdə deyilir: “Tabutun içində Tövratın səhifələri və peyğəmbərlərin qəlbinin yuyulduğu teşt vardı”.

Bəqərə surəsinin 148-ci ayəsində qeyd olunan “Səkinətun” – yəni arxayınlıq – ifadəsinə gəlincə “Maniul-əxbar” kitabında İmam Kazım (ə)-dan soruşulur: (Ayədəki) “Səkinə” (kəlməsi) nədir? İmam (ə) cavab verir: “Allahın xəlq etdiyi, danışan Ruh. İnsanlar ixtilafda olduqları şey barəsində soruşar və açıq şəkildə cavab alardılar.”

Mənbələrdə qeyd olunur ki, Bəni-İsrailin ehtiramsızlığı sandığın əldən verilib düşmən əlinə keçməsinə səbəb olur. Ayədə də açıq şəkildə bəyan olunur ki, Talutun Bəni-İsrailə padişahlıq əlamətlərindən biri də “Tabutun” alınıb geri qaytarılmasıdır.

Həmçinin rəvayətlərdə həmin sandığın son aqibəti barədə gələn xəbərlərdə buyrulur ki, sonuncu İmam (ə.f) zühur etdiyi zaman Antakiya bölgəsində aşkara çıxaracaq.


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930