Yusifin (ə) köynəyi, Musanın (ə) sandığı – keçmiş ümmətlərdə olan təbərrüklər
Mьəllif: admin1
Tarix: 23-10-2022, 11:38
Yusifin (ə) köynəyi, Musanın (ə) sandığı – keçmiş ümmətlərdə olan təbərrüklər
İlahi peyğəmbərlərdən (ə) yadigar qalan əşyalarda təbərrük axtarmaq İslam dinindən əvvəl də mövcud olmuşdur. Misal üçün, Bəni-İsrayil ümmətindən Yəqub (ə) peyğəmbər oğlu Yusifin (ə) köynəyində təbərrük axtarır.

Quran bu haqda buyurur: “Mənim bu köynəyimi aparın və onu atamın üzünə atın, görəcəkdir”. (“Yusif” 93).

Yusifin (ə) qardaşları bu köynəyi gətirirlər və atasının üzünə qoyurlar. Bundan sonra Yəqub (ə) görməyə başlayır. Allah bu köynəyi Yəqubun (ə) görməsi üçün vasitə qərar verir.

Təbiidir ki, Qadir Allah köynəksiz belə, Yəqubun (ə) gözünə nur verə bilərdi. Ancaq İlahi hikmətə görə bəzi əşyaları mübarək qərar vermişdir ki, müəyyən bir məqsədə çata bilsin.

Əlbəttə, bu əməl ona görədir ki, insanlar başa düşsünlər ki, bəzi əşyalar, məkan və zamanlar Allah dərgahında xüsusi dəyərə malikdir. Ona görə də Allah bəzi xəstələrin şəfasını bu əşyaların vasitəsilə vermişdir.

Zəməxşəri yazır: “Deyilənə görə bu köynək behiştdən idi. Cəbrayil (ə) onu Yusifə (ə) gətirmək üçün vəzifələndirilir. Ondan behişt iyi gəlirdi. Elə bir xəstənin üzərinə atmazdılar, məgər o halda ki, şəfa tapardı”.

Bəni-İsrayilin təbərrük saydığı başqa bir əşya isə Ali-Musanın və Ali-Harunun qoyub getdiyi tabut idi.

Quran bu haqda buyurur: “Peyğəmbərləri onlara dedi: “Onun hökmranlığının nişanəsi, içərisində (sizin üçün) Rəbbiniz tərəfindən qəlb rahatlığı və Musa və Harun ailəsinin qoyub getdikləri şeylərin qalıqları (Musanın əsası, zirehi və nə’leyni, Tövratın lövhələri və Harunun əmmaməsi) olan və mələklərin daşıdıqları tabutun (Musanın içərisində suya atıldığı əhd sandığının) sizin yanınıza gəlməsidir. Əlbəttə, əgər iman əhli olsanız onda sizin üçün (Talutun hakimiyyətinin doğruluğu barəsində) nişanə vardır””. (“Bəqərə” 248).

Bu, həmin tabut idi ki, Allah Təala Musanın (ə) anasına göndərmişdi. O da övladını onun içinə qoyub çaya atmışdı. Bu tabut Bəni-İsrayil üçün çox əziz idi və onu təbərrük sayırdılar.

O zaman ki, Musanın (ə) ölümü yaxınlaşır, o, əsasını, zirehini, nəleynini və peyğəmbərlərdən qalan yadigar əşyaları onun içinə qoyub, onu öz vəsisi olan Yuşə ibni Nuna verir.

Lakin bu tabutun qədrini bilmədilər və uşaqlar küçədə onunla oyun oynayırdlar. O zamana qədər ki, bu tabut Bəni-İsrayilin yanında əziz idi, onlar sərvətə qərq olmuşdular.

O zaman ki, günah işlətdilər və bu tabuta diqqət etmədilər, Allah onu səmaya qaldırdı. Lakin onlar tövbə edib öz peyğəmbərlərindən istədilər ki, Allah onu geri qaytarsın. Allah Təala Talutu onların padşahı seçdi və tabutu ona verdi.

Zəməxşəri bu haqda yazır: “Tabut bir sandıq idi ki, Tövrat orada qərar tuturdu. Nə zaman Musa (ə) vuruşmaq istəyirdi, onu ordusunun qarşısında qərar verirdi. Bu yolla Bəni-İsrayil dağılmırdı”.

Bəni-İsrayil öz peyğəmbərlərinin (ə) əmri ilə Musanın (ə) və Harunun (ə) bu əsərlərini qorumağa vəzifələndirildilər. O zaman ki, başa düşürdülər ki, Allah bu əşyalarda bərəkət qərar vermişdir, sülh içində olurdular. Lakin o zaman ki, onların hörmətini saxlamırdılar, Allah onları cəzalandırırdı. Onları bərəkətdən məhrum edirdi.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031