İmam Baqirin (ə) barəsində dua etdiyi Bəni-Üməyyə xəlifəsi
Mьəllif: admin1
Tarix: 21-04-2017, 10:58
İmam Baqirin (ə) barəsində dua etdiyi Bəni-Üməyyə xəlifəsi
Rəcəbin 24-ü İmam Baqirlə eyni zamanda yaşayan Bəni-Üməyyə xəlifəsi Ömər ibni Əbdüləzizin (681-720) vəfat edən günüdür. İmam Baqir onu “Bəni-Üməyyənin nəcabətli şəxsi” adlandırmışdı. Tarixi kitablarda qeyd edilib ki onunla İmam Baqir bir nemə dəfə görüşüblər. Bu görüşlər zamanı Əbdüləziz həmişə İmamdan nəsihət etməsini istəmişdi.

Ömər ibni Əbdüləzizin xəlifəlik müddəti iki il çəkmişdir(99-101). O bu müddət ərzində son 60 il ərzində Bəni-Üməyyə hakimiyyətinin İmam Əliyə qarşı lənət göndərmək kompaniyasına qadağa qoymuş, iranlılara, iraqlılara, və xristianlara tətbiq edilmiş bac-xəracın miqdarını azaltmış, Bəni-Üməyyə hakimiyyət dairələrində məmurların faliyyətinə və əmlaklarına nəzarəti artırmış, Fədəki Bəni-Haşimə qaytarmış və ələvilərlə mülayim rəftar edilməsi istiqamətində göztərişlər vermişdir.

O həmçinin ikinci xəlifə Ömər ibni Xəttabın “Quran kitabı bizə kifayət edər, hədis yazmayın” qadağasını və qanunu aradan qaldırmış və hədislərin yazılmasına rəsmi icazə vermişdir.

Tarixdə qeyd edilir ki o bir neçə dəfə özü İmam Baqirin hüzuruna gəlmişdir və İmam ona nəsihətlər etmişdir. (Tarixul-Xuləfa, Rəsul Cəfəriyan), (Tarix Yəqubi, cild-2, səh-268), (İbni-Əsir əl-Kamil fit-Tarix, cild-13, səh-242)



(İslaminSesi.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930