Bir şeyin bir insana zərər verməsinə görə onu haram elan etmək – bidətdir
Mьəllif: admin1
Tarix: 31-10-2020, 10:04
Bir şeyin bir insana zərər verməsinə görə onu haram elan etmək – bidətdir

Bəni-İsrayil dəvə ətini yeməyi və onun südünü içməyi haram bilərək, bidət etmişdilər.

Halbuki, Allah Təala dəvə ətini halal buyurmuşdur.

Bəni-İsrayil elə bir ümmət idi ki, tarix boyu həmişə tərslik və bəhanə gətirməklə məşhur idi. Heç bir zaman peyğəmbərlərin (ə) qədrini bilməzdilər. Dəfərlərlə öz nəfsani istəklərinə görə Allahın halalını haram adlandırmışdılar.

“Tövrat nazil olmamışdan qabaq İsrailin (Yəqubun xəstəliyə və ya etdiyi nəzirə görə) özünə haram etdiyi şeylərdən (dəvə əti və südündən) başqa bütün yeməklər İsrail övladlarına halal idi. (Deməli pak olan şeylərdən bəzilərinin Tövratda haram edilməsinin səbəbi onların keçmiş şəriətdən qalmaları deyil, İsrail övladlarının günahlarıdır)”. (“Ali-İmran” 93).

Bu ayə açıq şəkildə Bəni-İsrayilin yeməklərlə bağlı haram buyurduqlarını rədd edir. Buyurur ki, bu yeməklər əvvəllər onlar üçün halal idi, onlar özləri bu yeməkləri özləri üçün haram etmişdilər.

Həzrət Yəqub (ə) nə zaman dəvə əti yeyərmiş ərəqi-nisa adlı xəstəliyə tutularmış. Əsəb nəticəsində beli və ayaqları şiddətlə ağrıyarmış və bəzən də hərəkət etmək üçün qüdrəti olmazmış.

Ona görə də özünə dəvə əti yeməyi qadağan edir. Allah bu ayədə həmin yanlışı düzəltməyə çalışır ki, dəvə ətini yeməyi Allah qadağan etməmişdir, bu Bəni-İsrayildir ki, Allaha töhmət vurur.

Tövrat nazil olmamışdan əvvəl heç bir pak yemək Bəni-İsrayilə (ə) haram deyildi. Tövrat nazil olandan və Musa ibni İmran (ə) gələndən sonra yəhudilərin zülmünə görə pak yeməklərin bəzisi cəzalandırmaq niyətilə onlara haram buyuruldu.

“De: Əgər doğru deyirsinizsə (belə deyilsə) onda Tövratı gətirin və onu oxuyun (ki, Tövratda haram edilən yeməklərin cəza xarakterli hökmlər olması sübuta yetsin)”. (“Ali-imran” 93).

Allah Təala Peyğəmbərə (s) əmr edir ki, yəhudilərə desin ki, Tövratı gətirsinlər. Onu oxusunlar və məlum olsun ki, onların yeməyin haram olması ilə bağlı iddiaları yanlışdır. Onlar bu işi görməyə hazır olmadılar, çünki bilirdilər ki, Tövratda belə bir şey yoxdur.

Ona görə də Allah Təbarəkə və Təala növbəti ayədə buyurur: “Buna görə də kim bundan sonra Allaha yalan nisbət versə (və Tövratın haram etdiyi şeylərin keçmiş şəriətdən qalmasını desə), məhz onlardır zalımlar!”. (“Ali-İmran” 94).

Allah Təala bütün halal nemətlərini insanlar üçün xəlq etmişdir ki, ondan bəhrələnsinlər. İbadət və itaət yolunda sərf etsinlər. Ona görə də heç kəsin haqqı yoxdur ki, Allahın halal buyurduğunu haram etsin. Əgər sağlamlığına ziyan vurursa, bu, əsla o demək deyildir ki, həmin yemək haramdır.

Yəhudilər Peyğəmbərin (s) dəvə ətini halal buyurduğuna görə narahat olmuşdular. Peyğəmbər (s) də onların cavabında buyurmuşdu ki, bütün bu ətlər İbrahim Xəlil (ə) üçün də halal edilmişdi.

Lakin onlar iddia edirlər ki, hər nəyi ki, biz haram bilirik, Nuhun (ə) və İbrahimin (ə) zamanında da haram olmuşdur. Bu ayələr həmin iddiaya cavab verir.

Həzrət Peyğəmbər (s) buyurur: “Dəvə əti yeyin, yəhudilərə müxalif olan mömindən başqası onu yeməz”.

Onu da bilmək lazımdır ki, dəvə ətinin çox sayda faydası vardır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930