Ruziyə bərəkət vermək üçün nə etmək lazımdır?
Mьəllif: admin1
Tarix: 25-05-2021, 10:41
Ruziyə bərəkət vermək üçün nə etmək lazımdır?
Hər bir müsəlmanın vəzifəsi budur ki, halal ruzi qazansın.

İmam Sadiq (ə) buyurur: "Halal ruzi istəməkdən əl çəkmə. Halal ruzi sənə dindarlıqda yardım edər. Allaha təvəkkül et”.

Halal ruzi insan şəxsiyyətinə, bədən və ruhun formalaşmasına əvəzsiz təsirlər qoyar. Gözəl istedadların çiçəklənməsində və insanda yaxşı niyyətlərin formalaşmasında böyük rola malikdir.

Əmirəl-möminin (ə) buyurur: "Halal ruzi ardınca ol və onu axtar ki, Allah hər tərəfdən ruzini artırar”.

Malımıza və ruzimizə necə bərəkət qata bilərik?

Sələmdən çəkinərək. "Allah sələmi məhv edir (sələmlə qazanılmış malın bərəkətini aradan aparır) və sədəqələri(n bərəkətini) artırır. Allah heç bir günahkar nankoru sevmir”. ("Bəqərə” 276).

"Xalqın var-dövləti hesabına sərvətinizin artması üçün başqasına sələmlə verdiyiniz mal Allahın yanında artmaz, və zəkatdan Allahın razılığını diləyərək verdiyinizdən isə (mənfəət götürəcəksiniz). Bunu edənlər mənfəətlərini qat-qat artıranlardır”. ("Rum” 39).

Yeməkdən əvvəl əlləri yumaq. İmam Sadiq (ə) Əmirəl-mömindən (ə) nəql edir ki, buyurub: "O kəs ki, evində xeyir və bərəkətinin çox olmasını istəyirsə, yeməkdən əvvəl əllərini yusun”.

Əmirəl-möminin (ə) buyurur: "Hər kim ki, evində xeyir və bərəkətin artmasını istəyər, yemək zamanı dəstəmaz alsın”.

Səhər tez durmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman sizlərdən birinizin işi olsa, səhər tezdən həmin işin dalınca getsin. Çünki mən öz Allahımdan istəmişəm ki, ümmətimdən hər kim əvvəl vaxt iş başına gedər, bərəkət versin”.

İmam Sadiq (ə) buyurur: "Mən sevirəm ki, sənətkar kişini ruzi istəyən halda görüm”.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allahım, ümmətim üçün səhər tezdən iş başına getməyi bərəkət qərar ver”.

Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Allahım! Şənbə və cümə axşamı günü səhər tezdən durmağı ümmətim üçün bərəkət qərar ver!”.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah ümmətim üçün şənbə və cümə axşamı günlərində, cümə gününə xatir bərəkət qərar vermişdir”.

İmam Sadiq (ə) buyurur: "Nə zaman hacətin olsa, günəş çıxmazdan əvvəl onun ardınca get. Çünki günəş çıxmazdan əvvəl ruzi bölünər.

Allah səhər tezdən bu ümmət üçün bərəkət qərar vermişdir. Səhər çağı bir qədər sədəqə ver. Çünki bəla və giriftarlıq sədəqədən yuxarı addım ata bilməz”

.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031