Çətinliyi asanlığa necə çevirmək olar?
Mьəllif: admin1
Tarix: 3-04-2020, 11:03
Çətinliyi asanlığa necə çevirmək olar?

"Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər.

Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur”.
("Təlaq” 2-3).

Böhranlı zamanlarda iki şey bizə yardım edə bilər:

1. Təqva.

2. Qurana söykənmək.

O kəslər ki, günah yolu ilə ruzilərini qazanırlar, onlar üçün nəzərdə tutulmuş və onların gözləmədikləri ruzinin qapılarını üzlərinə bağlayarlar.

İlahi iradə insanın hesabı ilə üst-üstə düşməyə də bilər. Maddi həyatda mənəvi işlərə riayət etmək ruziyə təsir qoyar.

Təqvalı insan öz istəklərini İlahi iradə və istək yolunda qərar verər. İlahi iradə heç bir zaman dalana düşmədiyindən, təvqalı insanın istəkləri də dalana dirənməz.

Həmişə çoxlu ruzi qazanmaq çox zəhmət çəkməkdən asılı deyildir. İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: "Allah o şeyi ki, ona verib - bərəkət verər”.

Təqva və təvəkkül – çətinlikdən çıxmağın iki ən yaxşı yoludur. Bu gün ruzi qazanmaq üçün təvqa və gələcək üçün təvəkkül lazımdır. Təqva təvəkküldən əvvəl gələr.

İlahi lütf olmadan heç bir başqa amil işə yarayan və kifayət deyildir.

Bizim Allaha təvəkkül etməyimizin səbəbi – Allahın sonsuz qüdrətidir. Təvəkkül və İlahi qüdrətin mənası o deyildir ki, insan bütün istəklərinə çatacaqdır. Varlıq aləmində olan hər bir şey qanuna tabe olar və hesab olunmuşdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930